Məhərrəm Quliyev () — Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini.
Həyatı Quliyev Məhərrəm Böyükağa oğlu 13 aprel 1968-ci ildə Lənkəranda anadan olmuşdur. 1986–1988 tarixlərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.
Ailəlidir. 2 övladı var.
Siyasi fəaliyyəti Lənkəran rayonunda müxtəlif vəzifələrdə çalışmış, 2000-ci ildən Lənkəran şəhər Torpaq şöbəsinin müdiri, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini olmuşdur.
13.03.2006-cı ildən 1 iyul 2011-ci il tarixinə kimi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli Sərəncamı ilə Agstafa rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir.
İstinadlar
Xarici keçidlər Məhərrəm Quliyev
Kateqoriya:Ağstafa Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Goranboy Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Lənkəran Şəhər İcra Hakimiyyətinin başçılarının müavinləri