right|283x283px|thumb|Kiril və Mefodi Kiril və Mefodi () — IX əsrdə Saloniki şəhərində doğulmuş Bizanslı yunan qardaşlar. Moraviya və Panoya ərazilərində Xristianlığın yayılması üçün misyonerlik fəaliyyəti ilə məşğul olmuşdular. Qardaşların misyonerlik fəaliyyəti nəticəsində Slavyan xalqlarının mədəni və dini inanclarında bəzi yeniliklər baş vermiş və bunu nəticəsində Kiril və Mefodi qardaşlarına Slavyanların Öndərləri fərxi adı verilmişdir. Qardaşlar Qlaqolitik əlifbasının daha da genişləndirmiş və həmin əlifbadan Qədim Slav dilinin yazılması üçün istifadə etmişdilər. Bu əlifba Slav dilinin yazılması üçün hazırlanmış ilk əlifba idi.Liturgy of the Hours, Volume III, 14 February. Kiril əlifbası bu əlifbanın əsasında hazırlanmışdır və bu gün də slavyan xalqları arasında geniş şəkildə istifadə edilir. Kiril əlifbası da iki qardaşdan birinin, yəni Kirilin şərəfinə adlandırılmışdır. Kiril və Mefodinin ölümündən sonra, onların dini və elmi fəaliyyətlərini şagirdləri davam etdirmişdilər. Şərq Pravoslav Kilsəsi Kiril və Mefodini On iki həvariyə bərabər tutmuş və onları əbədi müqəddəs adlandırmışdır. 1880-ci ildə Roma Papası XIII Leo Kiril və Mefodinin bayramlarını Roma-Katolik kilsəsinin rəsmi təqviminə saldırmışdır. 1980-ci ildə, Roma Papası II İoann Pavel Kiril və Mefodi qardaşlarını Avropanın müdafiəçisi elan etmişdir.

Kiril və Mefodinin şagirdləri

Konstantin Preslavlı Qorazd Ohridli Kliment OhridliУндольский В. М., Климент, епископ словенский. Чтения в Обществе истории и древностей Российских при Московском университете. — Т. 172. — Кн. 1. — , 1895.Туницкий Н. Л. Св. Климент, епископ словенский. — Сергиев Посад, 1913.Böyük Sovet Ensiklopediyası Savva Ohridli"Kliment Ohridlinin Yunanıstan həyatı" Bolqarıstan Elmlər Akademiyası — Sofiya, 1966 Naum Ohridli Angelar Ohridli Lavrenti

Yuxarıda adı çəkilən şagirdlər Balkanlarda Yeddi Müqəddəs kimi ehtiramla qarşılanırlar.

İstinadlar

Həmçinin bax Kilsə slavyan dili

Xarici keçidlər

Slavorum Apostoli by Pope John Paul II Cyril and Methodius – Encyclical letter (Epistola Enciclica), 31 December 1980 by Pope John Paul II "Equal to Apostles SS. Cyril and Methodius Teachers of Slavs", by Prof. Nicolai D. Talberg Catholic Culture Cyril and Methodius at orthodoxwiki Bulgarian Official Holidays, National Assembly of the Republic of Bulgaria: in English, in Bulgarian Bank holidays in the Czech Republic, Czech National Bank: in English , in Czech 24 May – The Day Of Slavonic Alphabet, Bulgarian Enlightenment and Culture Lettera Apostolica

Kateqoriya:Xristian müqəddəsləri Kateqoriya:Xristianlıq Kateqoriya:815-ci ildə doğulanlar Kateqoriya:827-ci ildə doğulanlar Kateqoriya:869-cu ildə vəfat edənlər Kateqoriya:885-ci ildə vəfat edənlər Kateqoriya:Duetlər Kateqoriya:Anqlikan müqəddəsləri Kateqoriya:Süni dil yaradıcıları Kateqoriya:Bibliya tərcüməçiləri