thumb|Səsvermə demorkatiyanın ən vacib ünsürlərindən biridir. Ümumi Seçki hüququ — irqindən, etnik mənsubiyyətindən, dilindən, cinsindən, gəlirindən, var-dövlətindən və s. xüsusiyyətlərindən asılı olmayaraq bütün yetişkin şəxslərə səsvermə hüququnun verilməsi nəzərdə tutulur. XIX əsr siyasi islahatçıları tərəfindən bu termin yalnız kişilərin ümumi seçki hüququ mənasında işlədilirdi. Bu terminin qadınlara da aid edilməsi qadınlara seçki hüququnun verilməsi uğrunda gedən mübarizə zamanı baş verdi.Shirley Roberts, Sophia Jex-Blake: A Woman Pioneer in Nineteenth Century Medical Reform (Routledge, 1993), p. 1: "Although political reformers from John Wilkes onward had pressed for 'universal suffrage' they and their followers all understood the term to mean 'universal 'male suffrage.'"Robert Justin Goldstein, Political Repression in 19th Century Europe (Routledge, 1983): "the great majority of European countries adopted highly discriminatory suffrage systems for lower legislative chambers for most or all of the 1815–1915 period. Universal male suffrage (which is what was meant when universal suffrage was discussed) at age 21 would have enfranchised about 25 per cent of the European population during the nineteenth century."
Səsvermə hüququnun xüsusiyyətləri baxımında ölkələr arasında müəyyən fərqlər vardır. Ölkələrdə səs verə bilmək üçün minimum yaş 18–25 arası dəyişir. Bəzi ölkələrdə isə əqli problemləri olan insanlara, müəyyən qrup cinayətkarlara səsvermə hüququ aid edilmiş, bəzi hallarda isə bu məhrumiyyət cəza kimi istifadə edilir.
ABŞ-də seçki hüququ çox zaman qadınların seçki hüququ ilə əlaqəli formada istifadə olunur. Qadınlara seçki hüququnun verilməsi hərəkatı XIX əsrin ortalarında başlamış və öz zirvəsinə 1920-ci ildə çatmışdır. Bu ildə ABŞ konstitutsiyasına edilən XIX düzəlişlə seçki hüququ qadınlara da aid edildi. Bir çox ölkədə kişilərə ümumi seçki hüququnun verilməsindən bir nəsil sonra bu hüquq qadınlara da şamil edilmişdir. Lakin bu hələ ki yalnız səsvermə hüququ idi, qadınların namizəd ola bilməsi isə daha sonra mümkün olmuşdur. Fransada 1944, Yunanıstanda 1952, İsveçrədə 1971-ci ilə qədər qadınların səsvermə hüququ yox idi.
İlk demokratiyalarda hökumətlər həmişə seçki hüququnu müəyyən əmlak, vergi senzləri, var-dövlət məhdudiyyətləri ilə kişi əhalinin belə çox az hissəsinə şamil etmişdir. Bəzi ölkələrdəki qanunlara görə səsvermədə iştirak edə bilmək üçün vətəndaşlar müəyyən dinə mənsub olmalı və bunu sübut etməli idi. XIX əsr boyunca ümumi seçki hüququna nail olmaq üçün Şimali Amerikada və Böyük Britaniyada mübarizə getmişdir və buna bütün müasir demokratiyalarda zamanla nail olunmuşdur.
Seçki hüququnun genişləndirilməsi Fransada Yakobinçilərin 1793-cü ildə qəbul etdiyi konstitutsiyaya görə bütün yetişkin kişilərə səsvermə hüququ verilirdi. Fransa bunu edən ilk böyük ölkədir. Lakin bu Yakobin diktaturasının çökməsinə görə heç vaxt praktikada öz əksini tapa bilmədi. 1848-ci il inqilabından sonra II Respublika da (Fransa) bütün yetişkin kişilərə ümumi seçki hüququ vermişdi.
Fransız inqilabının ardınca, XIX əsrin əvvəllərində qərb dünyasında ümumi seçki hüququ uğrunda mübarizə aparan ilk hərəkatlar yaranmağa başladı. Bu hərəkatların əksəriyyətinin əsas tələbi əmlak senzinin ləğvi idi. 1867-ci ildə Almaniya bütün yetişkin kişi vətəndaşlara ümumi seçki hüquq verdi. ABŞ-də vətəndaş müharibəsindən sonra qullar azad edildi və onlara da vətəndaşlıq hüquqları verildi. Lakin bəzi ştatlarda onların vətəndaşlıq hüquqları xeyli məhdudlaşdırılmışdı. XIX əsrin sonları və XX əsrin əvvəllərində qərb dünyasında və Böyük Britaniyanın koloniyalarında ümumi seçki hüququ hərəkatı artıq səsvermə hüququnun qadınlara da şamil edilməsi üçün mübarizə aparırdı.
1906-cı ildə Finlandiya knyazlığında qadınlara ümumi seçki hüququ verildi. Yeni Zelandiyadan fərqli olaraq finlər qadınlara həm seçkilərdə səs vermək, həm də namizəd olmaq hüququ vermişdilər. Qadınlara bu haqları verən Avstraliyadansa əsas fərq onda idi ki, finlər heç bir etnik diskriminasiyaya yol verməmişdilər. Beləliklə, Finlandiyada dnyanın ilk qadın parlament üzvü seçildi.
Fransada I Respublika 1792-ci ildə kişilər üçün ümumi seçki hüququnu qəbul etmişdi. Bu ilk milli sistem idi ki, səsvermək və qeydiyyatdan keçmək üçün lazm olan bütün senzləri ləğv etmişdi. Yunanıstan 1830-cu ildə, İspaniya 1869-cu ildə, Fransa və İsveçrə isə 1848-ci il inqilablarının gedişində kişilərə ümumi seçki hüququ verdi. XIX əsrdə bir neçə Latın Amerkası ölkəsi və Afrikada Liberiya bütün kişilərə ümumi seçki hüququ verdi, lakin sonradan bəzi senzlər barədə qərarlar da qəbul edildi və ümumi seçki hüququ məhdudlaşdırıldı. 1871-ci ildə Alman imperiyası kişilərə ümumi seçki hüququ verdi. thumb|Avropa İttifaqı yeganə millətlər üstü orqandır ki, ümumi seçki hüququ ilə seçilmişdir (1979). ABŞ-də Yenidənqurma dövründə, 1870-ci ildə XV düzəliş qəbul edilmişdi. Bu düzəlişə görə irqinə, rənginə və əvvəlki vəziyyətinə görə (qulluq nəzərdə tutulur) vətəndaşların seçki hüququnu nə ABŞ, nə də hər hansısa ştat məhdudlaşdıra bilməzdi. Bu düzəliş ABŞ Vətəndaş müharibəsindən və Köləliyin ləğvi qərarlarından əvvəl cənub hissədə yaşayan zəncilərin seçki hüququna zəmanət verməli idi. Bu düzəlişə baxmayaraq, ümumi seçki hüququ keçmiş Konfederasiya ştatlarında 1877-ci ildən sonra belə zəncilərə şamil edilmədi. Buna nail olmaq üçün ştatlar müxtəlif yollardan — vergi limiti, oxuma-yazma testləri və baba kimliyi — istifadə edirdilər.Chandler Davidson, "The Recent Evolution of Voting Rights Law Affecting Racial and Language Minorities" in Quiet Revolution in the South: The Impact of the Voting Rights Act, 1965–1990 (Princeton University Press, 1994: eds. Chandler Davidson & Bernard Grofman), pp. 21–22. Kimki səs vermək üçün aktiv şəkildə fəaliyyət göstərirdi, ona qarşı fiziki gücdən istifadə edilirdi.Gary Gershman, "Fifteenth Amendment (1870)" in Race and Racism in the United States: An Encyclopedia of the American Mosaic (eds. Charles A. Gallagher, Cameron D. Lippard), pp. 441–43. Cənubda yaşayan zəncilər 1965-ci ildə Seçici haqları aktı qəbul edilənə qədər ümumi seçki hüququndan aktiv şəkildə istifadə edə bilməmişdilər.
1893-cü ildə özünüidarə hüquqlu Britaniya koloniyası Yeni Zelandiya dünya ilk dövlət oldu ki (XVIII əsrdə mövcud olmuş qısaömürlü Korsika Respublikası xaric), qadınlara səsvermə hüququ verdi. Lakin 1919-cu ilə qədər qadınlara həm səsvermə, həm də namizəd olma hüququ verilmədi.
1902-ci ildə Avstraliya qadınlara həm səsvermə, həm də namizəd ola bilmə hüququ verən ilk ölkə oldu. Lakin o bu hüquqları aborigenlərə şamil etməmişdi. Yelrilər bu hüquqlarına yalnız 1962-ci ildə çata bildilər. Ümumiyyətlə, XX əsrin böyük bir hissəsində Avstraliya qanunlarına görə yerlilər insan hsab edilmirdilər.
Bir neçə Avropa ölkəsi ümumi seçki hüququnu normal yollarla qəbul etmişdi. Birinci Dünya müharibəsi boyunca və sonralar yaranmış dövlətlər öz istiqlaliyyət bəyannamələrində ümumi seçki hüququnu qəbul etdiklərini vurğulayırdılar.
Keçmişdə bir çox cəmiyyətlər siyasi repressiya aləti kimi özündən olmayan irqin və ya etnosun vətəndaş hüquqlarını məhdudlaşdırmışdır. Məsələn, Cənubi Afrikanın irqi ayrı-seçkilik dövründə ağ olmayan əhali milli seçkilərdə iştirak edə bilməzdi. Bu hal 1994-cü ilə qədər davam etmişdi. Rodeziyada buna bənzər yolla getmişdi. Rodeziyanın istiqlaliyyət bəyannaməsi qəbul edilərkən, seçki sistemi elə qurulmuşdu ki, say baxımından çox olan qaradərili əhali çox as sayda nümayəndə seçə bilirdi.
Disfrançayzinq Disfrançayzinq dedikdə bir şəxsdən və ya bir qerup şəxsdən səsvermə hüququnun alınması nəzərtə tutulur. Bəzi millətlər, başda ABŞ və Birləşmiş Krallıq olmaqla müxtəlif dövrlərdə cinayətkarların səsvermə hüquqlarını ləğv etmişdirlər (Men və Vermont istisna olmaqla). Bu cinayətkarların cinayət maddələri, həbs müddətləri, neçənci cinayəti olması və s. müddəalardan asılıdır. Hətta bəzi ştatlarda həbsdən azad edildikdən sonra belə keçmiş məhkumlara səsvermə hüququ verilmir və onlar ömürlük olaraq bu hüquqlarından məhrum edilirlər. ABŞ-də əvvəllər vergi verməyən və dövlət yardımları hesabına yaşayan şəxslərində səsvermə hüquqları əllərindən alınmışdı.
Millətlər o ölkədə yaşamayan vətəndaşlara qarşı da müxtəlif münasibət bəsləyirlər: 2 il ölkədə yaşamayan danimarkalılar səs verə bilməzlər, İtaliyada yaşamayan italyanlar parlamentə seçkilərdə iştirak edə bilərlər, Britaniyada yaşamayanlar səsvermələrdə iştirak edə bilməzlər, bunun üçün ən azı 15 il orada yaşamaq lazımdır. Bəzi ölkələrdə hərbçilərin və polislərin səsvermələrdə iştirakı qadağandır.
Bir çox demokratik ölkələrdə, məsələn Birləşmiş Krallıq və Fransa imperiya olduqları dövrlərdə metropoliyadan kənarda yaşayan vətəndaşlarına qaunverici orqanlara olan seçkilərdə səsvermə hüququ vermirdi. Nadir istisna kimi Fransanın III Respublika dövründə Əlcəzairin statusunu göstərmək olar. Beləki, Əlcəzair hüquqibaxımda Fransanın daxili bölgəsi idi, lakin burada yaşayanların vətəndaşlıqları bir qədər məhdudlaşdırılmışdı və bu hr hansısa irqə və ya etnik mənsubiyyətə əsaslanmırdı. Hər bir əlcəzairli fransız vətəndaşı ola bilərdi və rahat şəkildə əvvəl yaaşdığı formada yaşaya bilərdi, lakin Fransa vətəndaşlığın qəbul etdikdən sonra mütləq olaraq İslam şəriəti əvəzinə fransız hüququnu qəbul etməli idi. Bunu isə çox az adam seçirdi. Amerika kolonistləri öz istiqlaliyyətlərini "nümayəndə yoxdursa, vergi də yoxdur" şüarı altında elan etmişdilər. Bu onların əsas narazı qaldıqları məsələlərdən biri idi. Lakin özləri də müstəqilləşdikdən sonra yetişkin kişi olan torpaq sahiblərinə seçki hüququ verdilər, bu isə ümumi əhalinin cəmi 6 faizi idi. Dənizaşırı bölgələrdə qalanlara isə bu hüquq da şamil edilməmişdi, onlara yalnız 1986-cı ildə bu hüquq şamil edildi.
Aİ üzvü dövlətin vətəndaşı Aİ parlamentinə olan seçkilərdə və bəzi məhəlli seçkilərdə iştirak edə bilər. Yəni, Fransa vətəndaşı şəxs Avstriyada yaşayarkən Aİ parlamentinə olan seçkilərdə və yaşadığı yerin bələdiyyə seçkilərində iştirak edə bilər, lakin Avstriyanın federal (milli) seçkilərində iştirak edə bilməz. Oxşar vəziyyət Böyük Britaniyada yaşayan Aİ vətəndaşlarında da vardır. Britaniyada yaşayn Aİ üzvü ölkə vətəndaşı buradakı yerli şuralara olan seçkilərdə iştirak edə bilər, bu tip seçicilər Şimali İrlandiyada da, Şotlandiyada da, Uelsdə də parlamentə və ya assambleyalara olan seçkilərdə iştirak edə bilərlər. Lakin britaniyalı, irland və ya Millətlər Birliyi üzvü ölkə vətəndaşı olmayan şəxslər Nümayəndələr Palatasına olan seçkilərdə iştirak edə bilməz. Onsuz Böyük Britaniya 15 il müddətinə orada yaşamayan öz vətəndaşlarına belə səsvermə imkanı tanımır.
Ölkəyə görə tarixlər Dövlətlər müxtəlif vaxtlarda ümumi seçki hüququ vermiş və ləğv etmişdir. Bu siyahı 3 cür düzəldilə bilər:
Universal: Müəyyən yaşdan yuxarı seçicilər arasında dil, din, irq, cins, oxuma-yazma, zənginlik, illik gəlir və s. kimi fərqlər yoxdur. Oxuma-yazma bacarığına, zənginliyə, sosial statusa və s. baxılmadan müəyyən yaşdan yuxarı bütün kişilərə seçici hüququnun verilməsi. Oxuma-yazma bacarığına, zənginliyə, sosial statusa və s. baxılmadan müəyyən yaşdan yuxarı bütün qadınlara seçici hüququnun verilməsi. Etnik kökən, din və irqə baxmadan müəyyən yaşdan yuxarı bütün seçicilərə seçici hüququnun verilməsi.