Mehriban Əfəndi (tam adı: Mehriban Cavanşir qızı Əfəndiyeva 5 may 1968) — Azərbaycan sürrealisti, kino və geyim rəssamı, Azərbaycanın əməkdar rəssamı (2016).

Həyatı Mehriban Əfəndiyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfilm"də çəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır.

Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib.Yeganə. Mehriban Əfəndinin quruluşçu rəssam olduğu film mükafat qazanıb: [Fransada keçirilən “Cinema & Costume Moulins” festivalında ən yaxşı geyim rəssamı kimi ödülə layiq görülən rəssam haqqında] //Mədəniyyət.- 2011.- 7 yanvar.- S. 11.

Mükafatları

29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.

Xarici ölkələrdə uğurları 24 avqust 2012-ci ildə əsərləri ABŞ-nin Muskeqon şəhərindəki "Dünya incəsənəti" qalereyasına nümayiş etdirişmişdir. Sərgidə 12 rəssamın əsərləri də nümayiş olunmuşdur. Rəssam qalereya ilə uzunmüddətli əməkdaşlıq barədə təklif alıb. Bu rəssamın bu il ABŞ sərgilərdə üçüncü iştirakıdır.

Filmoqrafiya Əndazədən çıxanda (film, 1988) Gəldi kosa (film, 1988) Qaravəlli (film, 1989) İthaf (film, 1990) Müqəddəs oda yanaram (film, 1991) Kənar adamlar (film, 1992) Qırmızı qatar (film, 1993) Qara ney (film, 1994) Özgə vaxt (film, 1996) Otel otağı (film, 1998) Hacı Qara (film, 2002) Məkanın melodiyası (film, 2004) Məhkumlar (film, 2006) Qızlar (film, 2007) Absurdistan (film, 2008) Qaydasız döyüş (film, 2009) Ailəmiz (film, 2013) Alınmaz qalanın qəhrəmanları (film, 2013) Qartal yuvası (film, 2013) - quruluşçu rəssam Ay brilliant (film, 2015) Son nəfəsədək (film, 2018)

İstinadlar

Xarici keçidlər “O filmdə aktyorları çox incitdim...” – Mehriban Əfəndi

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanın əməkdar rəssamları