Ülvi Quliyev (tam adı: Quliyev Ülvi Zahid oğlu, ) — Azərbaycan Milli Məclisinin III, IV, V, VI və VII çağırış deputatı, Gənclər və idman, Səhiyyə komitəsinin üzvü, Azərbaycan Karate Federasiyasının prezidenti , karate idman növü üzrə 8-ci dan qara kəmər sahibi.

Həyatı Ülvi Quiyev 17 sentyabr 1966-cı ildə Bakı şəhərində, professor Zahid Quliyevin ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri , Nəsimi rayonu 9 saylı orta məktəbi bitirmişdir. 1983–1988-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirDEPUTAT ÜLVİ QULİYEV DAİRƏSİNİ DƏYİŞİB NAMİZƏD OLDU .

Ailəlidir, 2 övladı var. Dilçilik elimləri doktoru, professor Zahid Quliyevin oğludur.

İdman fəaliyyəti Karate idman növü üzrə VIII Dan qara kəmər sahibi, Karate idman növü üzrə Avropa və Dünya çempionudur. Azərbaycan Respublikasının "Əməkdar İdman ustası", Azərbaycan Respublikasının "Əməkdar Məşqçi", Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 5 mart tarixli Sərəncamı ilə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adına layiq görülüb. 1992–1997-ci illərdə Azərbaycan Respublikası Karate-do Federasiyasının prezidenti, 1997-ci ildən 2023-cü ilə qədər Azərbaycan Karate-do Federasiyaları Assosiyasiyasının prezidenti olmuş, 2023-cü ildən isə Azərbaycan Karate-do Federasiyaları Assosiyasiyasının (AKFA) hüquqi varisi Azərbaycan Karate Federasiyasının prezidentidir. Eyni zamanda Dünya Karate Federasiyasının (WKF) üzvüdür.

Azərbaycan Respublikasının Prezidentinin 16 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Ülvi Quliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib

İctimai-siyasi fəaliyyəti 1988-ci ildən aptekdə provizor, baş provizor, aptek müdiri işləmişdir. 2002-ci ildən Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə "Gömrükçü" İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini(Gömrük Xidməti, Polkovnik-Leytenantı) vəzifələrində çalışmışdır.

2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən (III çağırış- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü), 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən(IV çağırış- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü), 2015-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (V çağırış)deputat seçilib və Gənclər və idman komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2018-ci ildə Gənclər və idman komitəsinin Sədri seçilmişdir. 2020-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (VI çağırış -Gənclər və idman komitəsinin, Səhiyyə komitəsinin üzvü) deputat seçilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının üzvü, Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Bitərəfdir.

İstinadlar

Xarici keçidlər Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan karateçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan gömrük xidməti polkovnik-leytenantları Kateqoriya:Azərbaycan karateçiləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Karate üzrə Avropa çempionları