Jozef Babinski (; ; ) — polyak əsilli fransız həkim-nevropatoloq. Paris Elmlər Akademiyasının üzvü (1914).

Bioqrafiya Mühəndis ailəsində anadan olmuşdur. 1848-ci il Varşavada inqilab zamanı ailəsi Polşadan qaçmışdır. Salpetrier klinikasında Jan-Martin Şarkonun şagirdi olmuşdur. 1886-cı ildə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Salpetrier klinikasını idarə etmişdir. Parisdə nevropatoloqlar və psixiatrlar cəmiyyətinin yaradıcılarından biri (1899), onun fəxri üzvü və 1907-ci ildən rəhbəri olmuşdur. 1925-ci ildə Stefan Batori Universitetinin fəxri doktoru () olmuşdur.

Elmi fəaliyyəti 288 elmi nəşrin müəllifi olmuşdur. O, 1896-cı ildə sinir sisteminin üzvi pozulmasının diaqnostikası üçün əhəmiyyət kəsb edən və öz adını daşıyan refleksin (Babinski refleksi) təsvirini vermişdir. Babinski Fransada mərkəzi sinir sistemində yaranan şişlər üzərində əməliyyat aparan ilk şəxslərdən biri olmuşdur (1911). 1914-cü ildə Babinski anozoqniziyanın peyda olmasının təsvirini vermişdir.

Kateqoriya:Parisdə doğulanlar Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Fransa həkimləri Kateqoriya:Paris Universitetinin müəllimləri