Fəxri Proletar Döş Nişanı — Azərbaycan SSR-in ilk dövlət mükafatı.

Tarixi 1920-ci ilin yayında təsis edilmiş və 1921-ci ilin sonunadək mövcud olmuşdur.

Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm olmuş, hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdir (soldan hərbi xidmətləri simvolizə edən dəfnə yarpağı ilə, sağdan isə mülki xidmətləri simvolizə edən palıd yarpaqları ilə).

Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində "АССР" (yəni — ) abreviaturu həkk olunmuşdur. Nişanın ortasında Yer kürəsinin mavi və sarı rənglərlə minalanmış qabarıq təsviri üzərində üzüyuxarı şəkildə qırmızı rəngli ay-ulduz yerləşdirilmişdir. Nişanın yuxarı hissəsində 1920 rəqəmi yazılmışdır. Nişanın çevrəsi boyu ərəb qrafikası ilə "Azərbaycan Şura Cümhuriyyəti" sözləri yazılmışdır.

Nişan Bakı zərgərləri tərəfindən əllə hazırlanırdı.Санубар Касимова. Фалеристика Азербайджана первой половины XX века, "İRS- Наследие", № 3, 2009 г., s. 24–28.

Təltif olunanlar Mükafat Azərbaycan İnqilab Komitəsinin qərarı ilə təltif edilirdi.

1920–1921-ci illərdə təxminən 20 nəfər Azərbaycan SSR İnqilab Komitəsinin qərarı ilə bu mükafatla təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR mükafatları Kateqoriya:1920-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Proletariya Kateqoriya:Azərbaycan döş nişanları