Helian Çanq ikinci Hsia şanyüsüdür. O, cəmi üç il hakimiyyətdə qaldı, lakin gözlənilmədən Şimal Vey ordularının hücumuna məruz qaldı. Tonqvan güclü qala olsa da, qapılar gec bağlandığı üçün düşmən ordu içəri girdi. Vey ordusunu geri oturtmağı bacaran Çanq, qardaşı Dinqi onlara qarşı göndərdi. Lakin özü Vey ordusuna məğlub olaraq Tonqvana deyil, Şanqiyə qaçdı. Tonqvan ələ keçirildi. Helian Çanq 428-ci ildə əsir götürülərək Şimal Vey torpaqlarına aparıldı. 434-cü ildə isə o, qaçmağa cəhd edərkən edam edildi. Şimal Vey dövləti onun digər qardaşlarını da edam etdi.
Kateqoriya:Hun imperiyası Kateqoriya:Çin tarixi