Tural Əhməd () — Azərbaycan aktyoru, film səsləndirən, mətn oxuyan, bədii qiraətçi.

Həyatı Tural Əhməd 1983-cü il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. İlk orta təhsilini 181 saylı məktəbdə almış, daha sonra 151 saylı orta məktəbi bitirmişdir. Aktyorluğa böyük həvəsi olmağına baxmayaq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinə sənədlərini verə bilmir. Jurnalistikanı bitirsə də bir gün belə olsun jurnalist kimi heç yerdə fəaliyyət göstərmir. 2005-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanır və 2006-cı ildə tərxis olunur. 2001-ci ildə Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuş və oranı 2005-ci ildə bitirmişdir.

2008-ci ildə Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin kinoaktyorluq fakültəsinə daxil olmuşdur. Orada Şəfiqə Məmmədova, Ayaz Salayev və digər yerli, xarici mütəxəssislərdən ustad dərsləri alıb.

"Həyat varsa", "Sirr", "Son hədd" seriallarında çəkilmişdir və bir neçə filmi səsləndirmişdir. 2011-ci ildə vətənpərvərlik mövzusunda Gənclərin Birinci Ümumrespublika teatr festivalının qalibi olmuşdur. 2015-ci ildə "Gülüm" serialına çəkilən zaman xalq artisti Amaliya Pənahova ilə tanış olur. Həmin serialda onun oğlunu canlandırırdı. Məhz bundan sonra Amaliya Pənahovanın dəvəti ilə Bakı Bələdiyyə Teatrına dəvət alır.

2015-ci ilin may ayından Bakı Bələdiyyə Teatrında çalışır.

31 dekabr 2021-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif olunub.

Teatr səhnəsindəki rolları

Bakı Bələdiyyə Teatrı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Məkr və məhəbbət Ferdinand 2016 Bəhram Osmanov Fridrix Şiller Nargin faciəsi Fərqat Tursun 20 iyun 2017 Tural Ağayev Rafael Öztürk DağlıŞanlı VətənƏhməd Cavad31 oktyabr 2018Mərahim FərzəlibəyovÇingiz ƏləsgərliNəsimiNəsimi2019Mərahim FərzəlibəyovÇingiz Ələsgərli(İsa Muğannanın "Məhşər" romanı əsasında)Sonsuz Tanrı məhəbbətiNizami Gəncəvi10 noyabr 2021Mərahim FərzəlibəyovNizami Gəncəvi("Xəmsə" əsasında)SehrbazSamit2022Mərahim FərzəlibəyovFiruz MustafaXan qızıXasay bəy2022Mərahim Fərzəlibəyovİlyas ƏfəndiyevŞuşada ürəyim qaldıMahmud bəy16 noyabr 2022Mərahim Fərzəlibəyovİlyas ƏfəndiyevElçin

Filmoqrafiya

Həyat varsa... (serial, 2012-2014) Sirr (serial, 2012) — İmran Simasız (film səsləndirən) Son hədd (Fitva) (serial, 2012) — Süleyman Qarabağnamə (film,2013) — Qala bəyi Həsən Həyat çiçəyi (serial, 2013) — Hüseyn Edam məhkumunun son günü (film, 2013) Xəlvətdə qalmış müdrik (film, 2014) Nifrət (serial, 2014) — Səməd Paytaxt salatı (serial, 2014) — Hikmət Göyçək Fatimə (serial, 2014) — Aydın Ümid (film, 2014) İkinci bahar (serial, 2014) — Nazim Tufanlı səma (serial, 2015) — Tahir Yarımdünya (film, 2015) — Cəmil Gecə qonağı (film, 2015) — Mamed Əli və Nino (film, 2015) Gülüm (serial, 2015) — Murad Dəfnə ağacı (teleserial, 2016) — Kamran Pərdə (film, 2016) — Zaur İkinci pərdə (film, 2017) — Zaur Oyun (serial, 2017) — Cavad Nağıl kimi cümhuriyyət (bədii sənədli film, 2018) — Stalin O gecə (serial, 2018) — Samir Qara yazı (teleserial, 2019) — Ziya Zəhər tuluğu (film, 2019) Ata ocağı (serial, 2017) — Bəhram İfşa (serial, 2021) — Fəxri Gecə yarısı (serial, 2021) — Kamran Nəfəs (film, 2021) Ağ-qara (film, 2021) — Fuad Yuxu kimi (teleserial, 2019) — Gəray İnci tək (bədii-sənədli televiziya filmi, 2022) — Xasay bəy Şeyx Sənan (teleserial , 2023) — Anton Sərnişinlər (film, 2023) İlğım (film, 2023) — Kamran Gizli yara (serial, 2023) — Tural 21-ci möcüzə, film, 2024 39.Çarəsiz(teleserial)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları