Antofaqasta — Çilinin şimalında şəhər. Antofaqasta əyalətinin inzibati mərkəzi. Ərazisi 30.718,1 km². Əhalisi 309,8 min. (2004). Eyniadlı körfəzin sahilində, Panamerika avtomobil yolu üstündədir. Dəmiryol qovşağı. Beynəlxalq aeroport. Sakit okean sahilində port. Boliviyadan əlvan metallar və onların konsentratları, Argentinadan taxıl və heyvandarlıq məhsulları, Çilidən mis və şora Antofaqasta portu vasitəsilə ixrac olunur. Gəmiqayırma və gəmi təmiri, kimya, əlvan metallurgiya, yeyinti və yüngül sənaye müəssisələri, universitet var. Əsası dəniz limanı kimi 1870-ci ildə (başqa məlumatlara görə 1879-cu ildə) qoyulmuşdur.
İstinadlar
Xarici keçidlər Rəsmi saytı
Həmçinin bax Çili
Kateqoriya:Çili şəhərləri Kateqoriya:Çili kommunaları Kateqoriya:Cənubi Amerika dövlətlərinin paytaxtları Kateqoriya:Liman şəhərləri