Namiq Cırıyev (Zeynəddin) () — ilahiyyatçı, ərəbşünas
Həyatı Namiq Zeynəddin oğlu Cırıyev 4 noyabr 1980-ci ildə İsmayıllı rayonu Qalacıq kəndində anadan olub. 1987-98-ci illərdə İsmayıllı rayonu Taryel Xanadanov adına orta məktəbdə oxuyub.
1998-99-cu illərdə Türkiyənin İzmir şəhərindəki Doqquz Eylül Universitetində İlahiyyat fakültəsində təhsil alıb. 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsilini davam etdirib.
2003-cü ildə M.Füzuli adına Əlyazmalar İnstitutunun aspiranturasına qəbul olunub, elə həmin il institutda əmək fəaliyyətinə başlayıb. 2005-2007-ci illərdə müxtəlif mətbu orqanlarında çalışıb, 2008-ci ildən isə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışır.
100-ə yaxın elmi, publisist və tədqiqat əsərlərinin müəllifidir. Ərəb dilini bilir.
Kitabları Müsəlman kimliyi (İslam əxlaqı işığında). Bakı: "Nurlar", 2014 Ailə dəyərlərimiz. Bakı: 2016 Möminlər qardaşdırlar. Bakı: 2016 Təfriqəçiliyə yox deyək. Bakı: 2017
Mükafatları 22.06.2019 - "Dövlət qulluğunda fərqlənməyə görə" medalı
İstinadlar
Kateqoriya:İsmayıllı rayonunda doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları