Lətifə Cahandar qızı Əliyeva () — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018),Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006-cı ildən).
Həyatı Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub.
Teatr İnstitutunda dram – kino aktyorluğu fakültəsində təhsil alıb (1964–1964).
1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir.
Ana rollarının mahir ifaçılarından biridir.
Kliplərə çəkilib. İran istehsalı olan "Divlər zindanı" (1992) və "Arzular" (200?) filmlərində çəkilib.
2000-ci ildə Əməkdar artist, 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsüdür..
Teatr sahəsində rolları Qaraca qız (S. S. Axundov, Abdulla Şaiq) — meymun Şamdan bəy (N. Nərimanov) — Nazlı Komsomol poeması (İ. Coşğun) — Gülcamal Mənim nəğməkar bibim (Ə. Əylisli) — Sənubər Tamahkar (S. S. Axundov) — Nabat Aycan (X. Əlibəyli) — Pitrağ; Çayır Çal oyna (İ. Coşğun) — tülkü Məhəbbət bir bəladır (Ə. Orucoğlu) — Gövhər Sirli dəyirman (F. Məmmədov) — küpəgirən qarı Olmuş əhvalat (A. Babayev) — qadın Ağ dəvə (Elçin) — Əminə xala Hacı Qara (M. F. Axundov) — Teyyibə Sən həmişə mənimləsən (İ. Əfəndiyev) — Nəzakət Yağış, yağmur və daldan atılan daş (N. Vəzirov) — Pəri; oğlan evi; Əşrəf bəyin anası; Ağa Səftarqulu; Şahsənəm Güc birlikdədir (R. Tohidoğlu) — nənə Yaddaş ağrısı (H. Mirələmov) — Yaxşı Nənənin kələyi (Ə. Orucoğlu) — Nurcahan nənə Məkkəyə gedən yol (C. Məmmədquluzadə) — Şərəf Sərgüzəşti-vəziri-xani-Lənkəran (M. F. Axundzadə) — Pəri xanım Göyçək Fatma (Azərbaycan xalq nağılı) — Qarı nənə Mən səni sevirəm – M. S. S (Ə. Əmirli) — Səkinə Hacı Qara (M. F. Axundzadə) — Teyyubə xanım Müsyö Jordan və Dərviş Məstəli şah (M. F. Axundzadə) — Xanpəri Sarıköynəklə Valehin nağılı (İ. Əfəndiyev) — Güllübəyim
Filmoqrafiya 72 km (film, 2014) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — rol: əsgər anası Almas Yıldırım (film, 2004) Anamın kitabı (film, 1994) Bəyin oğurlanması (film, 1985) Bircəciyim (film, 1986) Cəza (film, 1996) Dəvətnamə (film, 1989) Əqrəb mövsümü (teleserial, 2022) Gənc qadının kişisi (film, 1988) Girişmə, öldürər! (film, 1990) Hacı Qara (film, 2002) Hər şey yaxşılığa doğru İstintaq (film, 1979) İşarəni dənizdən gözləyin (film, 1986) İtkin gəlin (film, 1994) Kişi sözü (film, 1987) Koma 0,1 saniyədə (film, 2007) Qayalarda qalan səs (film, 1995) QAZ (film, 2005) Qırmızı qar (film, 1998) Lətifə (film, 1989) Məhəbbətin hökmü (film, 1998) Mən mahnı qoşuram (film, 1979) Milli bomba (film, 2004) Nakəs (film, 1991) O dünyadan salam (film, 1991) Ovsunçu (film, 2002) Pərdə arxasında (film, 1987) Sarı gəlin (film, 1998) Sənin deyil (serial, 2016) Şahid qız (film, 1990) Şans (film, 2004) Tənha narın nağılı (film, 1984) Təxribat (film, 1989) Ümid (film, 2002) Yalan (film, 2005) Yanmış körpülər (film, 2007) "Yapon" və yaponiyalı (film, 1990) Yeni həyat (2005) Yol yoldaşları (film, 2003) Yuxu (film, 2001)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri