Jozef Mari Klement Ferdinand Dal Abako (; ) — Belçika bəstəkar] və violençi.
Brüsseldə anadan olub, atası, italyan bəstəkarı və skripkaçısı Evaristo Feliçe Dal Abako ilə musiqi təhsili almışdır. On doqquz yaşında Abako Bonn kürfüstünün xidmətinə girmiş və onun saray orkestrində ifa etməyə başlamışdır. 1738-ci ildə orkestrin rəhbəri təyin edilmişdir. 1740-cı ildə İngiltərəyə səyahət etmişdir. 1749-cu ildə Vyanada beş violonçel üçün konsert proqramı ilə çıxış etmişdir. 1753-cü ildə Veronaya köçdü və burada Filarmoniya Akademiyasının üzvü kimi çalışmışdır. 1766-cı ildə Bavariya şahzadəsi Maksimilian ona baron titulu vermişdir. O, 95 yaşında Verona yaxınlığındakı malikanəsində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Belçika bəstəkarları Kateqoriya:İtaliya barokko bəstəkarları