Qutluq Bilgə Kül xaqan (Çincə:骨咄禄毗伽阙可汗) — Uyğur xaqanlığının qurucusudur. 744-747-ci illər arasında hökmdarlıq etmişdirMackerras, Colin (1990), "Chapter 12 - The Uighurs", in Sinor, Denis, The Cambridge History of Early Inner Asia, Cambridge University Press, pp. 317–342, ISBN 0 521 2,4304 1.
İlk illəri və hakimiyyətə gəlməsi Atası Huşunun (Çincə:护输) ölümündən sonra Uyğur qəbilələrinin başçılığına keçən və Qutluq Boyla titulu ilə hakimiyyətə gəlmişdi. Bilgə xaqanın ölümündən sonra Göytürklər arasında müharibə başladı və Basmıllar, Uyğurlar və Qarluqların müttəfiqliyi ilə başlayan mübarizə son Göytürk xaqanı Azmış xaqanın devrilməsi ilə nəticələndi. Azmış Xaqanın başı Çinə göndərildi.
Hakimiyyəti Qutluq Bilgə Kül xaqan Doqquz Oğuz qəbilələrinin başçısı idi. Doqquz Oğuzun Yağlakar qəbiləsindən olan xaqan digər qəbilələri öz təbəəsi hesab edirdi. Ordu-Balıq şəhərini paytaxt elan etmişdi. Yerinə vəliəhd kimi oğlu Tay Bilgə Tutuğu təyin edib vəfat etmişdir.
Ailəsi
Tay Bilgə Tutuq - vəliəhd, 747-ci ildə Bayan Çur tərəfindən öldürüldüProf. Dr. Saadettin Yağmur Gömeç - Uygur Türkleri Tarihi ve Kültürü, səh. 24, 1997 Bayan Çur xaqan Tun Bağa Tarxan
Birləşdirdiyi qəbilələr Doqquz Oğuz qəbilələri Uturkar Turlamvür Bokasıkır Avuçak Kərsər Xoqorsuv Yabtukar Ayavir Yağlakar sülaləsi
Tele qəbilələri Buqu Hun Bayirku Tonqra Sige Kibir
Qarluq qəbilələri Bulaq Çigil Taşğıl
İstinadlar
Kateqoriya:Hökmdarlar Kateqoriya:Uyğur xaqanlığı Kateqoriya:Orta əsr qoşun başçıları