Vasili Stus adına Donetsk Milli Universiteti () — Ukraynanın ali təhsil müəssisəsidir. Universitet 1937-ci ildə yaradılmışdır və yaradılma zamanı Stalin pedaqoji institutu adını daşıyırdı. 1965-ci ildə yeni Donetsk Dövlət Universiteti adını alır, hansını ki, 2000-ci ilə qədər daşımışdır. 2000-ci ilin 11 sentyabrında universitet milli statusunu almışdır.

Donetsk Milli Universitetinin strukturuna 12 fakültə, Donetsk humanitar institutu, 3 texnikum, lisey, mütəxəssislərin hazırlanmasının və yenidən hazırlanmasının 6 regional mərkəzi, 3 tədris-istehsal kompleksi daxildir.

Fakültələr və ixtisaslar thumb|Universitet yataqxanası 1. Biologiya fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Biologiya Biofizika Botanika Zoologiya İnsanın və heyvanların fiziologiyası Bitkilərin fiziologiyası Ekologiya və ətraf mühitin qorunması

2. Tarix fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Tarix Beynəlxalq münasibətlər Politologiya

3. Riyaziyyat və informasiya texnologiyaları fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Riyaziyyat Statistika İnformatika Tətbiqi riyaziyyat

4. Beynəlxalq fakültə

5. Maliyyə-hesabat fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: İqtisadi nəzəriyyə Tətbiqi statistika Maliyyə Bank işi Hesab və audit

6. Fiziki-texniki fakültə tələbələrin aşağıdakı ixtisaslar üzrə tələbələrin hazırlığını həyata keçirir: Nanofizika Ümumi fizika və fizikanın didaktiyi Taraz olmayan proseslərin fizikası Radiofizika və elektronika Metrologiya və ölçü texnikası Ekoloji-iqtisadi kompüter monitorinqi Qərarların qəbul olunmasının intellektual sistemləri İnformasiya və rabitə sistemlərinin təhlükəsizliyi

7. Filologiya fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Mədəniyyətşünaslıq Psixologiya Jurnalistika Ukrayna dili və ədəbiyyatı Rus dili və ədəbiyyatı Tətbiqi linqvistika

8. Xarici dillər fakültəsi tələbələrin aşağıdakı ixtisaslar hazırlığını həyata keçirir: İngilis dili və ədəbiyyatı Fransız dili və ədəbiyyatı Alman dili və ədəbiyyatı Tərcümə

9. Yanaşı və əlavə peşələr fakültəsi

10. Kimya fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Kimya Biokimya Analitik kimya Fiziki kimya

11. İqtisadiyyat və hüquq fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Hüquqşünaslıq İqtisadi kibernetika Sənədləşmə və informasiya fəaliyyəti

12. İqtisadi fakültə tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Beynəlxalq iqtisadiyyat Müəssisənin iqtisadiyyatı Təşkilatların idarəedilməsi Marketinq Personalı idarə etmə və əməyin iqtisadiyyatı Tətbiqi iqtisadiyyat Biznes-inzibatçılıq etmə

Məzunları Donetsk Milli Universitetinin məşhur məzunu Rinat Əhmədovdur. O, məşhur Donetsk biznesmeni, milyarder, Ukraynanın ən zəngin insanı, "Şaxtyor" futbol klubunun və "Sistem Kepital Menecment" şirkətinin sahibi və Ukrayna Ali Radasının Regionlar Partiyasından olan deputatıdır.

Xarici keçidlər

Kateqoriya:Ukrayna universitetləri Kateqoriya:15 iyulda yarananlar Kateqoriya:1937-ci ildə yarananlar Kateqoriya:Donetskdə təhsil Kateqoriya:Ukraynanın milli ali təhsil müəssisələri