Könül Kərimova () — Azərbaycan müğənnisi, bəstəkar, Azərbaycan Respublikasının əməkdar artisti (2018).

Həyatı Könül Kərimova 1968-ci il 15 sentyabrda Ağcabədidə anadan olmuşdur. 1983-cü ildə Bakı şəhər 8 nörməli Musiqi təmayüllü gimnaziyaya daxil olmuşdur. Elə həmin ildə "Gənc istedadları axtarırıq" adlı müsabiqədə Bakı şəhəri üzrə birinci yerə layiq görülmüşdür. Bu səbəbdən də 1984-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə dəvət almışdır. Bu illər ərzində o, Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun solisti olmuşdur.

1986-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasına daxil olmuşdur. Akademiyada təhsil aldığı müddətdə Baba Salahov adına "Araz" xalq çalğı ansamblı ilə əməkdaşlıq etmişdir.

Hazırda Azərbaycan Dövlət Muğam Teatrının və Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Ailəlidir. Bir oğul və bir qız anasıdır.

Videoqrafiya +SayKlip01Bir Aləm02Mənimtək Sevənin Olmayacaqdır03Tənha04Cavanlıq Səhvi (duet Namiq Qaraçuxurlu)05Bu Gecə06Sizinlə Görüşə Gəldim07Sevdim Səni08Aşiqəm (duet Cavid)09Hind Mahnısı (duet Kamran Həsənli)10Nələr Oldu (duet Cabbar Musayev)11Lampalar (duet Cabbar Musayev, Kamran Həsənli)12Zülümkar13Dil Açarmı14Gizli-Gizli15Məni Də Gəl Apar Qurbanın Olum Ft. Dj Orxan Abbasov16Sənsiz17Sənə Görə18Qəm Eyləmə19Eşq20Vəfalı Yarım21Şükürlər Olsun

Filmoqrafiya Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film)-rol: Könül Bəylik dərsi (film, 2007)

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Ağcabədidə doğulanlar Kateqoriya:Maşın Şounun qalibləri