Tardu xaqan (達頭可汗/达头可汗) — 575-ci ildə yabqu olmuş Qərbi Göytürk xaqanlığı I xaqanı. Bumın xaqanın nəvəsi, İstəmi xaqanın oğlu idi.
Həyatı 575-ci ildə yabqu titulu almışdı. 581-ci ildə Göytürk vətəndaş müharibəsinə qatılmış, Apa xaqanı müdafiə etmişdi.Gümilev: Eski Türkler,(Çev.:Ahsen Batur), Selenge Yayınları, İstanbul, 2002, ISBN 975-7856-39-8 , s.141 Qərbdə isə qardaşı Tamqan şad vasitəsilə Şimali Qafqazda hakimiyyət qurmuşdu. 587-ci ildə Apa xaqana qarşı hərəkətə başlamış, onu da öldürtmüşdü.
591-ci ildə Bəhram Çubinə dəstək olmuşdu. 599-cu ildə isə Tulan xaqanın ölümündən istifadə edərək özünü Bilgə xaqan adı ilə ulu xaqan elan etmişdi.
Çinə qarşı yürüş keçirərkən məğlub olmuş və 603-cü ildə böyük ehtimal öldürüldü.
Ailəsi Bağatur xaqan adını alacaq Külüg Sibir və Tulu Tegin adında oğulları vardı. Tulu Tegin Şekuy xaqan və Tonq Yabqu xaqanın atasıdır.
İstinadlar
Kateqoriya:Orta əsr qoşun başçıları Kateqoriya:Aşina ailəsi Kateqoriya:Göytürk xaqanları