Aşina Kuşrak (Kuşrak Böri Şad; ) — Göytürk şahzadəsi, Aşina Buçjenin ölümündən sonra imperator tərəfindən Nuşibilərin xaqanı olaraq təyin olunmuşdu. İmperatriça U Zetian dövründə ona Çzeçjunşiçju xaqan (竭忠事主可汗 - Hökmdarına xidmət üçün sədaqətini tükədən xaqan) titulu verilmişdi.

Hakimiyyəti Gənclik illəri Çində keçmişdi. 690-cı ildə İltəriş xaqanın hücumlarına məruz qaldığı və məğlub olduğu üçün gözdən düşdü. 693-cü ildə Tuluların xaqanı Aşina Yuankinin öldürülməsi və oğlu Aşina Tuçinin üsyan etməsinə görə Tuluların xaqanlığı da ona verildi. 704-cü ildə Çanqanda öldü.

Mənbə

Eduard Çavannes - Çin qaynaqlarında Qərb türkləri

Kateqoriya:Göytürk şahzadələri Kateqoriya:Aşina ailəsi Kateqoriya:Göytürk xaqanları