Kor ərəbin mahnısı — Azərbaycan bəstəkarı Fikrət Əmirovun və Azərbaycan şairi, yazıçısı və dramaturqu Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi mahnı. Mahnının ilk ifaçısı Məmmədəli Əliyev olmuşdur.В. С. Виноградов. Мир музыки Фикрета. — Язычы, 1983. — С. 103. — 129 с.

Mahnının sözləri Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı! Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı! Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm! Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı!

Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət! Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı! Tükəndi taqəti-səbrim, ədalət, ah! Ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı!

İstinadlar

Xarici keçidlər Ermənilər Fikrət Əmirovun "Kor ərəbin mahnısı" əsərini mənimsədilər

Həmçinin bax Korun mahnısı (film, 1961)

Kateqoriya:Azərbaycan dilində mahnılar Kateqoriya:Fikrət Əmirovun əsərləri Kateqoriya:1950-ci illərin mahnıları