Qasımov İntiqam Böyükağa oğlu — tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Həyatı İntiqam Qazımzadə 1943-cü il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur. Bakıdakı 7 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960–1965). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olmuşdur. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü (1969–1974), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri (1976–1979), məsul katib, baş redaktorun müavini (1979–1997) vəzifələrində çalışmışdır. Hazırda həmin jurnalın baş redaktoru vəzifəsində işləyir (1997-ci ildən). Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun "Təxəllüs "Dora"" romanını rus dilindən doğma dilə çevirmişdir. "Bayatı" ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən). Onun ssenarisi əsasında bir neçə animasiya və sənədli film çəkilmişdir.
Mükafatları Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1984).
"Əməkdar incəsənət xadimi" — 27.01.2003
2013-cü ilin mayında Azərbaycan ədəbiyyatındakı xidmətlərinə görə "Humay" milli mükafatına layiq görülmüşdür.
6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Tərcümələri (ruscadan) Kamil Yaşen. Darmadağın; General Rəhimov; Namus və məhəbbət. Bakı: Azərnəşr, 1979, 180 səh. (şərikli). Şandor Rado. Dora. Bakı: Azərnəşr, 1981, 360 səh. Vasil Bıkov. Kruqlyan körpüsü (povestlər). Bakı: Yazıçı, 1988, 328 səh.
Filmoqrafiya Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — redaktor Bəstəkar Cahangir Cahangirov (film, 2013) Bir anın həqiqəti (film, 2003) Daşkəsən (film, 1973) Dərvişin qeydləri (film, 2013) Ən vacib müsahibə (film, 1971) Fitnə (film, 1970) Həyat bizi sınayır (film, 1972) Xəzinə (film, 1970) Könül mahnıları. Bəstəkar Tofiq Quliyev (film, 2016) Qatır Məmməd (film, 1974) Qozbeli qəbir düzəldərmi? (film, 1972) Nəsimi (film, 1973) Ömrün səhifələri (film, 1974) Pıspısa xanım və Siçan bəy (film, 1974) Rast. Niyazi (film, 2014) — senari müəllifi Skripkanın sərgüzəşti (film, 1972) Şərikli çörək (film, 1969) Təxəllüsü "Mixaylo" (film, 2008) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm... (film, 1970)
İstinadlar
Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri