İvan Milkoviç () — serb voleybolçu.

Karyerası Voleybola 1992-ci ildə başlayıb. Onun peşəkar voleybol karyerası 1997-ci ildən Belqrad "Partizan"ından başlayır. İlk dəfə milli komanda formasını 1998-ci il 4 oktyabrda Yaponiyada keçirilən Dünya Çempionatında geyinib. Elə həmin mundialın gümüş mükafatçısı olub. Yuqoslaviya forması ilə 2000-ci il Sidney Yay Olimpiyadasında çempionluq yaşayıb. Yuqoslaviya millisinin ən gənc üzvü olan 21 yaşlı İvan Rusiya millisinə qarşı olan final matçında 19 xalla komandasının ən yaxşı nəticə göstərən oyunçusu olur. Bundan 1 il sonra 2001-ci il Avropa Çempionatında da çempionluq yaşayan İvan artıq klub karyerasını İtaliyada davam etdirirdi. 1997-ci ildən başlayan klub karyerasında öz vətənindən əlavə İtaliya, Yunanıstan və Türkiyə kimi ölkələrdə legioner həyatı yaşayıb. 8 il İtaliyada oynayan İvan italyan liqasındakı maddi məsələlərlə əlaqədar növbəti 2 ilini Yunanıstanda keçirmək qərarına gəlir. Burada ölkə çempionluğu yaşayan serb oyunçu 2010-cu il 6 iyunda Türkiyənin Fənərbağça klubu ilə müqavilə imzalayır. Demək olar ki, oynadığı bütün turnirlərdə medalçılar sırasında olmaqla yanaşı, həm də ən yaxşılardan olub. O, 2012-ci ilin martında milli komandadakı karyerasına son qoydu.

Xüsusiyyətləri Boy: 206 sm Çəki: 88 kq Mövqe: Hücumçu Blok yüksəkliyi: 333 sm Hücum yüksəkliyi: 354 sm Nömrə: 14

Oynadığı klublar Tarix Ölkə Klub 1997–2000 Partizan 2000–2007 Lube Banka Maçerata 2007–2008 Roma Volley 2008–2010 Olimpiakos Fənərbağça

Nailiyyətləri

Milli ilə Çempion — 2000-ci il Sidney Yay Olimpiya Oyunları Dünya Çempionatı — Gümüş mükafatçı (1998), bürünc (2010) 2 qat Avropa Çempionu (2001, 2011), bürünc (1999, 2005, 2007) World Grand Champions Cup — bürünc (2001) Dünya Kuboku — bürünc (2003) Dünya Liqası — gümüş (2003, 2005, 2008, 2009), bürünc (2002, 2004)

Klubla İtaliya Kuboku (2000/01, 2002/03), İtaliya Çempionu (2005/06), İtaliya Superkuboku (2006) Çempionlar Liqası — 1-ci yer (2001/02), 4 qat CEV Kuboku qalibi (2000/01, 2004/05, 2005/06, 2007/08) Yunanıstan Çempionu (2008/09, 2009/10), Yunanıstan Kuboku (2008/09) Türkiyə Çempionu (2010/11, 2011/12), Türkiyə Kuboku (2011/12), Türkiyə Superkuboku (2011, 2012)

Şəxsi MVP — Avropa Çempionatı (2001, 2011) "Ən məhsuldar" — Avropa Çempionatı (2001, 2007) "Ən yaxşı servis" — Avropa Çempionatı (2005) MVP — Dünya Liqası (2005) "Ən məhsuldar" — Dünya Liqası (2001, 2002, 2003, 2005, 2008, 2009) "Ən yaxşı servis" — Dünya Liqası (2005) MVP və "Ən yaxşı bloker" — CEV Kuboku (2005/06) "Ən yaxşı hücumçu" — CEV Kuboku (2007/2008) "Ən məhsuldar" — İtaliya Çempionatı (2005/06)

Meydandan kənar Ləqəbi — Qorxunc İvan (Ivan the Terrible) Sevdiyi idman növü — Basketbol Bildiyi dillər — Serb, ingilis, italyan, fransız Ailə vəziyyəti — Željka Mićanović ilə evli Təhsili — Belqrad Universiteti Maraqları — Tarix, internet, musiqi, avtomobillər, idman, kitab oxumaq, rəsm çəkmək Sevdiyi yeməklər — Sarma (serb milli yeməyi), şorbalar Sevimli qrupu — Bon Jovi Sevdiyi rəng — Qəhvəyi Sevimli futbol klubu — Mançester Yunayted Sevimli mahnısı — It`s my life Sevimli filmi — Titanik Sevimli kitabı — Qızılgülün adı (Umberto Eko)

Xarici keçidlər https://www.facebook.com/voleybolxeberleri/posts/219088571532487

http://www.e-novine.com/sport/ostali-sportovi/61890-Ivan-Miljkovi-zavrio-reprezentativnu-karijeru.html

Kateqoriya:Serb voleybolçular Kateqoriya:2000 Yay Olimpiya Oyunları çempionları