Oksana Kurt (qızlıq soyadı: Parxomeko; ) — Azərbaycanı təmsil edən voleybolçu. Oksana Kurt, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri, 2014-cü ildə baş tutan Dünya Çempionatına isə 15-ci yeri tutub.
Həyatı Oksana Kurt 28 iyun 1985-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Oksana Kurtun bacısı, Yelena Parxomenko da voleybolçudur və Azərbaycan yığmasında çıxış edib.
Oksana Kurt ailəlidir. O, 4 iyun 2011-ci ildə Türkiyə vətəndaşı Onar Kurt ilə ailə həyatı qurdu.
Karyerası Oksana Kurt, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.
Oksana Kurt daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.
Oksana Kurt bir ildən sonra, 2007-ci ildə Belçika və Lüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.
Oksana Kurt üçüncü dəfə Avropa Çempionatına, 2009-cu ildə Polşada baş tutan yarışda qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.
Oksana Kurt dördüncü dəfə Avropa Çempionatına, 2011-ci ildə İtaliya və Serbiyada baş tutan yarışda qatıldı. Yarışların pley-off mərhələsində Azərbaycan yığması, Niderland yığmasına 1:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 16 yığma sırasında 9-cu yerdə başa vurdu.
Oksana Kurt beşinci dəfə Avropa Çempionatına, 2013-cü ildə Almaniya və İsveçrədə baş tutan yarışda qatıldı. Yarışlarda, bütün 3 oyunda məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 15-ci yerdə başa vurdu.
Oksana Kurt daha sonra, 2014-cü ildə İtaliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 15-ci yerdə başa vurdu.
Oksana Kurt sonuncu, altıncı dəfə Avropa Çempionatına, 2015-ci ildə Belçika və Niderlanddə baş tutan yarışda qatıldı. Yarışlarda, bütün 3 oyunda məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 14-cü yerdə başa vurdu.
Uğurları 20x20px CEV Kuboku Qızıl medal (1) — 2002 Bürünc medal (1) — 2009
Azərbaycan Çempionatı Qızıl medal (6) — 2003, 2004, 2005, 2006 2007, 2008 Gümüş medal (1) — 2014 Bürünc medal (2) — 2013, 2015
İsveçrə Çempionatı Qızıl medal (1) — 2007
Rusiya Çempionatı Gümüş medal (1) — 2010
Rusiya Kuboku Qızıl medal (1) — 2010
Türkiyə Çempionatı Qızıl medal (1) — 2009
Həmçinin bax Azərbaycan 2015 Avropa Oyunlarında
İstinadlar
Kateqoriya:2015 Avropa Oyunlarında voleybolçular Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Fənərbaxça QVK voleybolçuları Kateqoriya:Bakıda doğulmuş idmançılar Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Azərbaycanın qadın voleybolçuları Kateqoriya:Azəryol Bakı QVK voleybolçuları Kateqoriya:Azərreyl Bakı QVK voleybolçuları