Lev Solomonoviç Slutskin (1902–1971) — tibb elmləri doktoru, professor

Həyatı Lev Solomonoviç Slutskinin Azərbaycan oftalmologiyasının inkişafında xidmətləri çoxdur.

Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun uşaqlarda gözün patologiyası şöbəsində müdir vəzifəsində çalışmışdır.

Prof. Slutskinin traxoma, herpes mənşəli buynuz qişanın zədələnmələri, buynuzqişanın irinli yaraları kimi ağır göz xəstəliklərinə həsr olunmuş elmi əsərləri vardır.

O, institutda elmi kadrların hazırlanmasında da iştirak etmiş, 2 namizədlik dissertasiyasının rəhbəri olmuşdur.

Xarici keçidlər Tibb elmləri doktoru Lev Solomonoviç Slutskin

Kateqoriya:Azərbaycan alimləri