Gökhan Güləç () — Türkiyəli futbolçu, Xəzər-Lənkəran klubunun hücumçusu.
Karyerası Peşəkar futbol karyerasına 2003-cü ildə İnegölsporda başlayan 27 yaşlı hücumçu daha sonra Qaziantepspor (2004-05, 17 oyun, 4 qol), Beşiktaş (2005-07, 35 oyun, 8 qol), Dənizlispor (2007-08, 13 oyun, 1 qol), Bursaspor (2008-09, 28 oyun, 6 qol), Kasımpaşa (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Türkiyənin 20 yaşlılardan (10 oyun) və 21 yaşlılardan (6 oyun) ibarət yığma komandalarında çıxış edən futbolçu bu qarşılaşmalarda qapılardan 4 qol keçirib. Bundan başqa, futbolçu Beşiktaşla 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə isə Türkiyə Superkubokunu qazanıb. 2012-ci ilin sonunda Xəzər-Lənkəran klubuna transfer olunub."Xəzər Lənkəran" ilk transferi rəsmiləşdirdi Qol.az 25 Dekabr 2012
İstinadlar
Xarici keçidlər TFF Rəsmi sayt - Gökhan Güləç Profili mackolik.com - Gökhan Güləç Profili transfermarkt.com.tr Profili
Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Bursada doğulanlar Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Beşiktaş PFK futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Bursaspor futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Qaziantepspor FK futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Türkiyə U-20 milli futbol komandası futbolçuları