Tiberiya (, Tverya; ərəbcə: , Taberiyye) — İsrailin şimal-şərqində şəhər. Yəhudiliyin dörd müqəddəs şəhərindən biridir. Adını imperator Tiberiusdan almışdır.

Şəhər 20-ci ildə Herod Antipas tərəfindən inşa etdirilmişdir.

Sürgünə baxmayaraq, yəhudilər min illər boyunca davamlı olaraq Tiberiyada yaşamağa davam etdilər. Tiberiya İsrail torpağında yəhudilərin heç vaxt tərk etmədiyi yeganə şəhərdir. 1000 il əvvəl yaşamış Rambam və Ari kimi mühüm ravvinlər Tiberiyada dəfn edilir və onların yazdığı dərsliklər bu gün də dünyanın yəhudi icmalarında öyrənilir. Yerusəlim Talmudunun hissələri eramızın lV və Vll əsrləri arasında Tiberiyada yazılmışdır. Ərəblərin işğalı ilə belə, Tiberiyadakı yəhudi məskəni heç vaxt varlığını dayandırmadı.

Həmçinin bax İsrail dairələri İsrail şimal dairəsi

İstinadlar

Xarici keçidlər Şəhərin rəsmi veb-saytı Hamat Tiberiya Milli Parkı Tiberiyanın gəzməli-görməli yerləri

Kateqoriya:İsrail şəhərləri Kateqoriya:Fələstin şəhərləri Kateqoriya:Müqəddəs şəhərlər Kateqoriya:I əsrdə yaranan yaşayış məntəqələri