Azər Qəribov və ya Azər Qərib — Azərbaycan jurnalisti, blogger, səyyah.

Həyatı 22 may 1961-ci il tarixində, Bakı şəhərində anadan olmuşdur.

1968-ci ildə Bakı şəhər 134 saylı orta məktəbində təhsilinə başlamış, 1978-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1983-cü ildə ali təhsilini başa vurmuşdur. 1983–1986-cı illərdə "Azneft" şirkətinin xarici əlaqələr departamentində çalışmış, 1986–1988-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988–1990-cı illərdə Daxili İşlər Nazirliyində işləmiş, lakin sovet ordusunun 20 yanvar təcavüzünə qarşı çıxdığına görə DİN-nin ovaxtkı rəhbərliyinin göstərişi ilə bu strukturdan xaric edilmişdir. 1990-cı ildən bizneslə məşğul olmuş, 1999–2003-cü illərdə Böyük Britaniyanın "Inter Logistic" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur.

2003-cü ildə biznes sahəsini tərk etmiş və televiziya fəaliyyəti ilə məşğul olmuşdur.Azərbaycanın bir çox tanınmış telekanalları ilə əməkdaşlıq etmişdir. Onun hazırladığı "Qərib Azər" adlı səyahət verilişi ilk dəfə 9 mart 2003-cü ildə efirə çıxmış, bu gün isə "Oralar" adı ilə AzTV kanalında hər bazar günü yayımlanmaqdadır.

Azər Qəribov 2020-di ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvi, H. B. Zərdabı Mükafatının laureatıdır. İki oğlu və iki nəvəsi var.

Səyahət etdiyi ölkələr Dünyanın 107 ölkəsində olmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan səyyahları