Novruzova Mirvari Balaqardaş qızı (17 aprel 1923, Bakı - 20 mart 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1949).

Həyatı Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirmişdir. 1939-cu ildən Azərb. Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1949-cu ildə Azərbaycan SSR-nin əməkdar artisti adı alıb.

20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib.

İlk rolu "Eşq və intiqam tamaşasında" (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s.

Aktyor Əli Zeynalovun həyat yoldaşı olmuşdur. Yasamal qəbristanlığında həyat yoldaşının qəbrinin yanında dəfn edilmişdir.

Filmoqrafiya Afaqın məhəbbəti (film) Ağ atlar üçün vals (tammetrajlı televiziya tamaşası) (Aztv) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-səsləndirən: Güllü (Firəngiz Abbasova) Arxadan vurulan zərbə (film, 1977) - film səsləndirən: Cəbinin anası (Firəngiz Abbasova ) Bəyin oğurlanması (film, 1985) - film səsləndirən: Bibixanım (Nəcibə Behbudova ) Əhməd haradadır? (film, 1963) - film səsləndirən: Nərgiz (Nəcibə Məlikova ) Gənclik macərası (film)(tammetrajlı televiziya tamaşası)(AzTv) Göz həkimi (film) Güllələnmə təxirə salınır!... (film, 2002) - rol: Xanın anası Kişi sözü (film, 1987) - film səsləndirən: Nübar (Cəvahir Bayramova ) Kişilər (film, 1979) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Ömrün səhifələri (film, 1974) Pəncərədə işıq (film, 1987) Sarıköynəklə Valehin nağılı (film, 1980) - rol: Güllübəyim Sehrlənmiş küpə (film, 1979) Səbuhi (film, 1941) Solğun çiçəklər (film, 1987) Sovet pəhləvanı (film, 1942) Üzeyir ömrü (film, 1981)

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər