Triest (; ) — İtaliyanın şimal şərqində Friuli-Venesiya-Culiya regionunda eyni adı daşıyan Triest vilayətinin mərkəzi olan bir bələdiyyə, şəhər və limandır. Sloveniya sərhədi yaxınlığında yerləşən Triest Adriatik dənizindəki Triest körfəzinin yaxınlığında yerləşir.

Triest, 1867-1918-ci illər aralığında Avstriya-Macarıstan imperatorluğunun sərhədləri daxilində olmuşdur. Avstriya-Macarıstan imperatorluğunun süqutu və Birinci dünya müharibəsindən sonra Triestin İtaliyaya verilməsi, onun iqtisadi və mədəni əhəmiyyətinin azalmasına gətirib çıxardı. Bu gün Triest bir sərhəd şəhəridir. Xalqı qonşu regionların etnik qarışığıdır.

Şəhər mərkəzində polyak və italyan dillərində danışılır. İtalyan və sloven dilləri yerli dillər kimi qəbul edilir. Eyni zamanda, əhali arasında çox sayda almanca danışan vardır.

Qardaş şəhərlər Havr, Fransa Beyrut, Livan (1956) Duala, Kamerun (1971) Qrats, Avstriya (1973) Santos, Braziliya (1977) Sauthempton, Böyük Britaniya (2002) Nikolayev, Ukrayna (1996)

Şəkillər

Xarici keçidlər

kitabçası Triest (italyan) (pdf)

Həmçinin bax

Kateqoriya:Adriatik dənizinin liman şəhərləri Kateqoriya:Friuli-Venesiya-Culiya regionunun şəhər və qəsəbələri Kateqoriya:Yuqoslaviya tarixi Kateqoriya:İtaliyanın Aralıq dənizi ətrafındakı liman şəhərləri