Avropa tarixi — Avropa qitəsində yaşayan xalqların qədim zamanlardan etibarən günümüzə qədər davam etmiş tarixini əhatə edir. Arxeloji qazıntıları nəticəsində Avropada ilk insan məskənlərinin Eradan əvvəl 35.000 il əvvəl yarandığını göstərir.Trinkaus, E., Milota, Ş., Rodrigo, R., Gherase, M., Moldovan, O. (2003), Early Modern Human Cranial remains from the Peştera cu Oase, Romania, Journal of Human Evolution, 45:245 –253 Avropada aşkarlanmış ən qədim yazı nümunəsi e.ə. 700-cü ildə, Qədim Yunanıstanda Homer tərəfindən yazılmış İliada dastanıdır. Qədim Yunanıstanla yanaşı eramızdan əvvəl VIII əsrdə yaradılmış Roma krallığı dövrünün ən müasir sivilizasiyalarından hesab olunurdu. Qədim Yunanıstan və Qədim Roma dövlətləri eramızın IV əsrindən başlayaraq dağılmağa başlamış, həmin əsrdən etibarən Xristianlıq dini Avropada öz təsirini gücləndirmişdir.
Orta əsrlərin əvvəllərində Avropada durğunluq dönəminə daxil olmuşdur. Yaxın Şərq və Asiyada yaşayan bir çox xalqlar texniki və mədəni nəaliyyətlərinə görə Avropa xalqlarını arxada qoymağı baçarmışlar. Yeni dövrüdən etibarən başlayan intibah və reformasiya kimi hərəkatlar, Avropanın hərbi, iqtisadi, demokratik və texniki yöndə inkişaf etməsinə səbəb olmuş və qısa müddətdən sonra inkişaf tempi və mədəni səviyyəsinə görə Avropa digər qitələrdən üstün bir mövqedə qərarlaşmışdır. Bu üstünlüklərindən istifadə edən Avropa xalqları, digər qitələrdə koloniyalar yaratmış və həmin qitələrdə olan təbii sərvətləri talamışlar. Əldə olunan kütləvi gəlirlə, sosial vəziyyətlərini daha da yaxşılaşdıran, Avropa xalqları digər qitələrdə yaşayan xalqların inkişafdan geri qalmasına səbəb olmuşlar.
XX əsrə qədər hərbi və iqtisadi baxımdan dünyada lider mövqedə olan Avropa xalqları, XX əsrdə bu liderlik yarışında Amerika Birləşmiş Ştatlarına məğlub olmuşlar. Asiya qitəsində əvvəlcə Yaponiya və Cənubi Koreyanın daha sonra isə Çin və Hindistanın texnelojo və iqtisadiyyat sahəsində anidən yüksəliş əldə etməsi, Avropa üçün yeni rəqiblərin meydana gəlməsinə səbəb olmuşdur. Avropanın 27 ölkəsinin üzv olduğu, 1952-ci ildə yaradılmış Avropa İttifaqı iqtisadiyyat, idxal və ixracat sahəsindəki uğurlarından sonra dünyada bir nömrəli iqtisadi gücə çevrilmişdir.
Eradan əvvəl
thumb|150px|left|Neolit dövrü Avropasının ən önəmli nümunələrindən biri İngiltərədə yerləşən Stounhenç abidələr kompleksi. İnsana bənzər canlılar arasında Homo Erektus və Neandertal adı verilən insanların Avropada yayılması və məskunlaşmasının tarixi bir neçə milyon illərlə ölçülür. Bu iki canlı növü zamanla yox olmağa başlamış və elmdə Homo sapiens adı verilən ilkin insanlar eradan əvvəl 35.000 il öncə Avropada yayılmışdır.
Avropada İbtidai-icma quruluşu zamanı mövcud olmuş mədəniyyətlər arasında Buz dövrünün son dönəmlərindən, e.ə. 20.000 - 10.000 illərində inkişaf etmiş Qravetyen, Solutre və Maqdalen mədəniyyətləri mühüm yer tutur. Eradan əvvəl 12.500-cü ildən etibarən buz dövrünün sona çatması, Avropada iqlim şəraitinin müsbətə doğru dəyişməsinə səbəb oldu. Gündəlik temperatur anidən yüksəldi, dəniz səviyyəsi qalxmağa başladı. Avropada ki, ilk insan məskənləri eradan əvvəl yeddinci minillikdə Balkan yarımadasında yaranmışdır. Neolit dövrü eramızdan əvvəl altıncı minillikdə, Mərkəzi Avropada, beşinci və dördüncü minillikdən etibarən isə Şimali Avropada başladı.
Tikilmə tarixi eramızdan əvvəl 3000-cü ilə aid olan Stounhenç abidələr kompleksi Avropada Neolit dövrünə aid ən mühüm abidələrdən biri hesab olunur. Avropa eramızdan əvvəl 3.500 - 1.700-cü illərdə mis dövrünə daxil oldu. Müasir dövrdə Avropanın ən böyük linqvistik qrupunu təşgil edən Hind-Avropa xalqları bu dövrdə Mərkəzi Asiyadan Avropaya doğru köç etdikləri ehtimal edilir. Anadoluda eradan əvvəl 1.300-cü ildə başlamış olan dəmir dövrü Avropada geçikməli olaraq eradan əvvəl 1000-ci ildə başlamışdır. Appenin yarımadasında yaşamış Etrusklar Avropanın bu dövrünün öyrənilməsində böyük önəmə sahibdirlər.
Avropa sivilizasiyanın formalaşması İnsanların Avropaya təqribən 800 min il bundan əvvəl (Antropogenez) Afrikadan Cəbəllütariq boğazı ilə keçib məskunlaşdıqları (Atapuerka,Çeprano) ehtimal olunur. 40-28 min il əvvəl isə Qərbi Asiyadan gələn müasir tipli insanlar (Homo sapiens) Avropada meskunlaşmış neandertalları sıxışdırıb burada yayılmışdılar. Paleolit dövründə Avropanın böyük hissəsini əhatə edən buzluqyanı tundrada yaşayan iri heyvanların ovu insanlarların nisbətən oturaq həyat tərzi üçün imkan yaratmışdı. Həmin dövrdə Mərkəzi və Şərqi Avropada yayılmış yarımqazma evlər bunu təsdiq edir. Üst Paleolitdə təsviri sənət meydana gəldi və çiçəklənmə dövrünü yaşadı. Qayaüstü rəsmlər (Altamira,Laskou,Fon-de-Qom,Tük-d′Oduber,Üç qardaş mağarası və s.), daş və heyvan sümükləri (o cümlədən mamont dişi) üzərində oyma rəsmlər (Villendorf-Kostyonki mədəni birliyi və s.), həmçinin gil plastikası (Dolni-Vestonitse) o dövrün incəsənətini əks etdirir. Mezolit dövrünün (e.ə. 13-10-cu minilliklər) əvvəllərində Avropa ərazisinin böyük hissəsəi məskunlaşmışdı. KontinentalAvropanın meşəlik sahələrində yaşayan əhali, əsasən,ovçuluq,göl və şay balıqçılığı,dəniz sahillərində məskunla.anlar isə dəniz balıqçılığı ( Şimal dənizinin sahillərində dəniz yığıcılığı ilə) ilə məşğul olmuşlar. E.ə. 6-cı minillikdə Balkan yarımadasına (Argisa, Sesklo və s.) və Dunayboyu bölgələrdə (Starçevo) əkinçilik və heyvandarlıq yayılmış, Erkən Neolit dövrü üçün səciyyəvi olan əkinçilik mədəniyyəti (yaşayış məskənləri - tellər, qadın heykəlcikləri, sonralar naxışlı saxsı qablar) meydana gəlmişdi. E.ə. 6-4-cü minilliklərdə əkinçilik və heyvandarlıq Qərbi və Mərkəzi Avropanın meşə zonasında təşəkkül tapmışdı. Bu bölgələrdəki neolitik mədəniyyət (xətli-zolaqlı keramika mədəuzunniyyəti) üçün müvəqqəti məskənlər, karkaslı uzunsov evlər və s. səciyyəvidir. E.ə.4-cü minillikdə Alp dağlarının öndağlıq hissəsindəki göllərin sahillərində dirəklər üzərində tikilən evlərdən ibarət əkinçi məskənləri meydana gəlmişdir. Avropanın ilk əkinçiləri ,əsasən, çay və göllərin sahillərindəki münbit torpaqlarda məskunlaşırdılar. Eneolit və Tünc dövründə kotanın yayılması Avropadakı daxili meşəlik ərazilərin mənimsənilməsinə və qırılıb-yandırılmış yerlərdə əkinçiliyinin meydana gəlməsinə səbəb oldu. E.ə. 4-cü minillikdə (qıfabənzər qədəhlər mədəniyyəti və s.) Skandinaviyanın cənubunda əkinşilik və maldarlıq yayılmışdır. E.ə. 5-4-cü minilliklərdə Şərqi Avropanın cənubunda Volqanın orta və aşağı axarınadək istehsal təsərrüfatı yayılmış, bununla yanaşı Dneprdə ,əsasən, köçəri maldarlıq inkişaf etmişdi. Tunc dövrünün sonlarında (e.ə. 2-ci minilliyin sonu) Şərqi Avropanın çöllərində köçəri maldarların klassik mədəniyyəti formalaşdı.Neolit dövründə Avropanın şimal-şərqində yrvaraqenə də ovçu tayfalar məskunlaşırdı (basma-daraqvarı keramika tarixi-mədəni birliyi, darqavrı-basma keramika mədəniyyəti, Volqa-Kama mədəniyyəti və s.). E.ə. 3-cü minillikdə Aralıq dənizinin sahillərində Qərbi Asiya sivilizasiyaları ilə sıx bağlı olan Avropanın ən qədim şəhər sivilizasiyanın (Egey mədəniyyəti) formalaşması Avropa tarixinin yeni mərhələsinin başlanğıcı oldu. Oxşar proseslər Qərbi Avropada baş verirdi: meqalitik mədəniyyətlərin və kurqan qəbirlərinin yayılması burada sosial diferensiasiyanın mövcud olduğunu və yüksək təbəqənin formalaşmasını sübut edir.
Hind-Avropa dilli xalqlardan əvvəl Qərbi Avropada yaşamış əhalidə yalnız bask dili dövrümüzədək gəlib çatmışdır. Finuqor xalqları Şimali və Şərqi Avropanın ən qədim əhalisinə aiddir. E.ə. 2-1-ci minillikdə hind-avropalılar Avropanın, demək olar ki bütün ərazilərinə yayılmışdır. Ən qədim hind-Avropa tayfaları (pelasqalar,karilər,leleqlər və b.-rı) Balkan yarımadasının cənubunda məskunlaşmışdılar. Sonralar Avropanın cənubunda yunanlar, illiriyalılar, frakiyalılar, italiklər, və başqalarının ya.adıqlarıməlumdur. E.ə. 1-ci minillikdə Qərbi Avropanın böyük hissəsində kelt tayfaları ( Fransada qallar, Niderland və Belçikada belqlər, Britaniya arasında britlər, skotlar) məskunlaşmışlar. Şərqi Avropanın cənubunda isə skiflər və savromatlar yayılmışdılar.
E.ə. 1-ci minilliyin 1-ci yarısında Aralıq dənizyanı ərazilərdə finikiyalılar, yunanlar, etrusklar və latınlar tərəfindən şəhər-polislər salınmışdı. Böyük yunan müstəmləkələşdirməsi dövründən (e.ə. 8-6 əsrlər) başlayaraq Aralıq dənizinin şimalında, Qara dənizin sahilyanı əraziləri Yunanıstan (Qədim) mədəniyyətinin təsiri altına düşmüşdü. Antik sivilizasiyanın əsasını təşkil edən bu mədəniyyət Avropanın mədəni inkişafında istiqamətləndirici rol oynamışdır. Latın şəhərlərindən biri olan Roma əvvəlcə İtaliyanı, e.ə. 3 əsrin sonlarından isə Avropanın başqa ərazilərini özünə tabe etdi və qüdrətli Roma dövlətinin mərkəzinə çevrildi. E.ə. 1 əsrdə qərbdə Reyn, cənubda Dunay çayları arasında yerləşən Avropa torpaqları və Böyük Britaniyanın böyük hissəsi Roma imperiyasının tərkibinə daxil idi. İmperiyanın qərb bölgələrində əhalinin əksəriyyəti latın xalq danışıq dillindən istifadə edirdi, şərq bölgələrində isə yunan dili yayılmışdı. İmperiya sərhədlərindən şimal və şərq ərazilərdə məskunlaşan keltlər (Britaniya), germanlar (Reynboyu ərazilər) və frakiyalılar (Dunayboyu ərazilər) daha az romanlaşmışdılar.
German, slavyan, türk, irandilli və başqa tayfaların 4 əsrdən başlayan kütləvi miqrasiyaları Avropanın etnik mənzərəsini dəyişdi. 5-ci əsrdə Roma imperiyasının qərb hissəsini tutan germanlar Qərbi, Cənub-Şərqi və Cənub-Qərbi Avropada geniş yayıldılar. Qitənin daha çox romanlaşmış ərazilərində (Qalliya, İberiya, İtaliya) latın xalq danışıq dilinin müxtəlif dialektləri qorunub saxlanmış, germanlar isə burada tədricən assimilasiyaya uğramışlar. Bu ərazilərdən şimalda və şərqdə yerləşən, romalıların mədəni təsirinin zəif olduğu yerlərdə yayılmış german dilləri Böyük Britaniya aaaa yerli kelt substratını, demək olar ki, tamamilə sıxışdırmışdı. Şimali german dilləri arealında (Skandinaviya, Danimarka, sonralar İslandiya və Farer) Skandinaviya xalqlarının etno-mədəni birliyi təşəkkül tapmışdır. Qərbdə Elba çayından, cənubda Balkan yarımadasından, şərqdə Orta Don və Orta Volqaboyunadək, şimalda slavyanlar, baltlar, həmçinin şərqi roman (vlaxlar), fin-uqor və türk (hunlar, avarlar, protobulqarlar, xəzərlər və başqaları) xalqları məskunlaşmışdılar. Sonralar Oder çayından qərbdə məskunlaşan slavyanlar,əsasən, germanlaşdılar. Müasir lujiselilər onların nəsilləridir.
Antik sivilizasiyanın süqutu Avropada əhalinin kəskin azalması və şəhərlərin tərk edilməsi ilə müşayiət olunurdu. Eyni zamanda son antik və barbar elementlərin bir-birilə qaynayıb-qarı.ması nəticəsində mədəniyyət, ictimai münasibətlər, hüquq, incəsənət və s.-in yeni formaları yarandı. Avropada əsas konsolidasiya faktoruxristianlığın yayılması olmuşdur: qitənin qərb hissəsi Roma papasının, şərq hissəsi (əsasən, yunanlarla məskunlaşan) isə Konstantinopol patriarxının idarəsi altında birləşmişdi. Kilsənin qərb və şərq qollarına parçalanmasına (1054 ildə başa çatmışdır) baxmayaraq, Avropa üçün Bizanslı siyası, dini və mədəni əlaqələr orta əsrlərdə böyük əhəmiyyət kəsb edirdi. Pireney yarımadasının ərəblər tərəfindən işğalı (8 əsr) nəticəsində Avropaya islam mədəyyətinin elm, fəlsəfə, incəsənət və s.sahələrdə uzunmüddətli təsiri başlandı. Şərqi Avropanın müsəlman dünyası ilə Qafqaz və Volqa vasitəsilə əlaqə saxlayırdı; vikinqlər (varyaqlar), vasitəsi bu əlaqələr Şimali Avropaya qədər çatırdı.