Nadejda Sergeyevna Aliluyeva (; ) — İosif Stalinin həyat yoldaşı.
Həyatı Nadejda Aliluyeva 1901-ci il sentyabrın 22-də Bakıda anadan olmuşdur. 1917-ci ildə Stalin Sibirdən Petroqrada qayıtdıqdan sonra Nadejda Aliluyeva ilə sevgi münasibətləri olmuşdur. 1918-ci ildə Nadejda Aliluyeva İosif Stalinlə ailə həyatı qurmuşdur. 1921-ci ildə oğlu Vasili, 1926-cı ildə qızı Svetlana anadan olmuşdur. 1926–1929 illərdə Moskva Sənaye Akademiyasında təhsil almışdı.
"Революция и культура" jurnalı və "Правда" qəzeti redaksiyaları ilə əməkdaşlıq etmişdir. Nadejda Aliluyeva xəstə idi, güclü baş ağrılarından əziyyət çəkirdi. 1932-ci il noyabrın 9-da tapançadan ürəyinə atəş açaraq intihar etmişdir.
2006-cı ildə Nadejda Aliluyeva haqqında "Stalinin arvadı" filmi çəkilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:SSRİ-nin birinci xanımları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:İntihar edən şəxslər Kateqoriya:Odlu silah ilə intihar edənlər Kateqoriya:Bakı şəxsləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə bərpa edilənlər Kateqoriya:Bolşeviklər Kateqoriya:İosif Stalinin həyat yoldaşları