Məhərrəm Fərəc oğlu Əlizadə () — yazıçı, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı və fəaliyyəti Məhərrəm Fərəc oğlu Əlizadə 1909-cu ildə Şuşada anadan olmuşdur. İlk təhsilini Şuşa şəhər birdərəcəli məktəbində almış, 1923-1927 illərdə Şuşa pedaqoji məktəbində oxumuşdur.Kamran Məmmədov. Məhərrəm Əlizadə (1909-1942). (M.Əlizadə.Kədər və sevinc. Bakı, 1962) O, Ağdamın Keştazlı kəndində, Şuşada, 1930-cu ildə isə Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Məhərrəm Əlizadə 1932-1936 illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet) Dil və ədəbiyyat fakültəsində təhsil almış, oxuduğu təhsil ocağının aspiranturasında saxlanılmışdır. O, 1939-cu ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet)ədəbiyyat metodikası fənnindən dərs demişdir.

Məhərrəm Əlizadə 1934-cü ildən bədii yaradıcılıqla məşğul olmuşdur. Onun sağlığında "Dostlar" (1934), "Qonaq" (1941) adlı iki kitabı işıq üzü görmüşdür.

"Dostlar" və "Qonaq" kitablarındakı hekayələr 30-cu illər Azərbaycan həyatının bir çox cəhətlərinin əks etdirir. Bu hekayələrin mövzusu Azərbaycan qadınının ictimai həyatdakı fəaliyyətindən, müəllim-tələbə münasibətlərindən və başqa mövzulardan ibarətdir.

Məhərrəm Əlizadə cəbhədə vuruşduğu üçün 1941-ci ilin sonlarında çapdan çıxmış "Qonaq" kitabını görə bilmədi.

Onun ölümündən sonra ilk kitabı 1962-ci ildə nəşr olunan "Kədər və sevinc" kitabıdır. Bu kitaba müəllifin 9 hekayəsi daxil edilmişdir.

Məhərrəm Əlizadə 1942-ci Krasnodar diyarının İndyuk kəndində döyüş şəraitində həlak olmuşdur. Şuşada yaşadığı evə xatirə lövhəsi vurulmuşdur.

Əsərləri Dostlar. Bakı, 1936 Qonaq. Bakı, 1941 Kədər və sevinc. Bakı, 1962 Ömürdən nə qaldı. Bakı, Yazıçı, 1986

İstinadlar

Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:1909-cu ildə doğulanlar Kateqoriya:1942-ci ildə vəfat edənlər