Ford Mustang — Ford Motor Company şirkəti tərəfindən istehsal olunan avtomobil. İlk dəfə 1964-cü il 17 aprel tarixində təqdim olunmuşdur ve 20.000 dən çox sifariş almışdır. Bu model Ford şirkəti tərəfindən istehsalı davam edən ən qədim üçüncü məhsul olaraq bugünkü beşinci nəslə gəlib çatana qədər bir çox dəyişikliklərə məruz qalmışdır.

Mustang uzun kapotlu, gödək arxa tərəfə malik Amerikan idman avtomobili sayaq "pony car" (tərc. poni maşın) sinfini yaratdı və GM Chevrolet Camaro, AMC Javelin, yenilənmiş Chrysler Plymouth Barracuda və Dodge Challenger kimi modellərin doğulmasına rəvac vermişdir. O həmçinin Toyota Celica və Ford Capri kupelərinin (daha sonra ABŞ-yə ixrac olunmağa başladı) ilham qaynağı olmuşdur.

Yaradılması Ford Mustang 1965-ci il istehsal ilinin başlamasından beş ay qabaq ərsəyə gətirilmişdir. İlkin versiyaları adətən 1964½ olaraq bilinir, amma Ford tərəfindən 1965 modelləri adlandırılmış və 9 mart 1964 tarixində Miçiqan ştatı, Dearborn şəhərində kütləvi istehsala başlanmış, ictimaiyyətə 17 aprel 1964-cü ildə "Nyu York Dünya Sərgisində" təqdim olunmuşdur.

İcraçı stilist Con Najjar, İkinci dünya müharibəsində istifadə olunmuş North American P-51 Mustang təyyarələrinin azarkeşi idi və adlandırma də məhz onun adına yazılmışdır. John Najjar ilk Ford Mustang prototipini həmkarı stilist Philip T. Clark ilə birlikdə 1961-ci ildə layihələndirmişdir (Ford Mustang I).

Mustang avtomobilləri illərlə modellər dəyişdikcə daha ağır, daha böyük olmağa başlamışdı, ancaq 1971–1973 modellərindən sonra Ford 1974 konsept modeli ilə maşının orijinal ölçülərini özünə qaytardı. Bəzi "poni-maşın"-ların (pony car) istehsalı bərpa olunsa da Mustang öz sinfində beş onillik ərzində fasiləsiz olaraq, istehsal olunan yeganə maşındır.

Buraxılış seriyaları thumb|right|Mustang 1964 modeli Birinci nəsil — (1964–1973) İkinci nəsil — (1974–1978) Üçüncü nəsil — (1979–1993) Dördüncü nəsil — (1994–2004) Beşinci nəsil — (2005–2014) Altıncı nəsil — (2015–2023) Yeddinci nəsil — (2023–indiyədək)

Satış Təqvim ili Amerikada satış 1999 166,915 2000 113,369 2001 169,198 2002 138,356 2003 140,350 2004 129,858 2005 160,975 2006 166,530 2007 134,626 2008 91,251 2009 66,623 2010 73,716 2011 70,438 2012 82,995

İstinadlar

Xarici keçidlər

Rəsmi saytı American Classic: Ford Mustang Mustang Horsepower Specs and Pictures

Həmçinin bax Ford Motor Company

Mustang Kateqoriya:ABŞ mədəniyyəti Kateqoriya:1994-cü ildə təqdim edilən avtomobillər