Bir dəfə Amerikada — 1984-cü ildə rejissor Serco Leonenin çəkdiyi film. ABŞ–İtaliya istehsalıdır.

Film haqqında Rejissor Serco Leonenin 1984-cü ildə çəkdiyi və baş rollarda Robert de Niro və Ceyms Vudsun oynadığı film…

Film 1920 və 30-cu illərdə Nyu-York qanqsterlərinin həyatından bəhs edir. Film Harri Qreyin məşhur “The Hoods” əsəri əsasında çəkilib. Orijinal versiyası 4 saat 29 dəqiqə davam edən film 1984-cü ildə Kann Film Festivalında müsabiqədən kənar nümayiş etdirildi. Filmi ABŞ-də göstərmək üçün ondan filmi montaj etmək və qısaltmaq tələb olundu. Nəticədə 2 saat 19 dəqiqəlik film alındı. Bu isə uğursuzluqla nəticələndi. Film 5 BAFTA , 2 Qızıl Qlobusa namizəd oldu. Çox təəccüblü olsa da, film heç bir Oskar nominasiyası əldə etmədi. Bunu bəlkə də ABŞ-də ekranlara çıxan qısa və uğursuz versiya ilə əlaqələndirmək olar. Film həmçinin sonradan məşhur aktrisaya çevriləcək Cennifer Konellinin film debütü idi.

Film 1920-60-cı illər arasındakı hadisələri əsasən xatirələrlə əks etdirir. Devid “Noodles” Aaronson kasıb ailədən olan və həyat uğrunda mübarizə aparan uşaqdır. Daha sonra Maks Berkoviçlə görüşən Devid digər uşaqların da qoşulduğu kiçik dəstə yaradırlar. Devid digər dəstənin başçısı Baqsini öldürdüyünə görə həbs edilir. Həbsdən azad olduqdan sonra o, Maksla yenidən birləşir və qanqster fəaliyyətinə davam edir.

Rollarda Robert de Niro — David 'Noodles' Aaronson James Woods — Maximilian 'Max' Bercovicz Elizabeth McGovern — Deborah Gelly Tuesday Weld — Carol Treat Williams — James Conway O'Donnell James Hayden — Patrick 'Patsy' Goldberg Joe Pesci — Frankie Minaldi Larry Rapp — 'Fat' Moe Gelly Danny Aiello — Police Chief Vincent Aiello William Forsythe — Philip 'Cockeye' Stein Burt Young — Joe Darlanne Fluegel — Eve Dutch Miller — Van Linden Robert Harper — Sharkey Richard Bright — Chicken Joe

İstinadlar

Xarici keçidlər

Сайт о фильме Once Upon a Time in America на Rotten Tomatoes Once Upon a Time in America на Box Office Mojo

Kateqoriya:ABŞ filmləri Kateqoriya:İtaliya filmləri Kateqoriya:1984-cü ilin filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:ABŞ-nin zorlama haqqında filmləri Kateqoriya:ABŞ-də mütəşəkkil cinayətkarlıq haqqında filmlər Kateqoriya:ABŞ-nin cinayət dram filmləri Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:ABŞ-nin qanqster filmləri Kateqoriya:İngilis dilində cinayət dram filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş filmlər Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:ABŞ-nin tarixi filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Dramlar Kateqoriya:ABŞ-nin real olmayan hekayə filmləri Kateqoriya:Romada çəkilmiş filmlər Kateqoriya:1920-ci illər haqqında filmlər Kateqoriya:1910-cu illər haqqında filmlər Kateqoriya:Prodüser Arnon Milçanın filmləri Kateqoriya:Regency Enterprises filmləri Kateqoriya:The Ladd Company filmləri Kateqoriya:İntihar haqqında filmlər Kateqoriya:İtalyanca filmlər