Səbuhi Zəhmət oğlu Şahverdiyev () — Naxçıvan Muxtar Respublikasının keçmiş prokuroru (2002–2023), II dərəcəli dövlət ədliyyə müşaviri. Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının keçmiş rəhbəri (2004–2019).
Həyatı Səbuhi Zəhmət oğlu Şahverdiyev 1972-ci il avqust ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, 2001-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
Ailəlidir, iki övladı var.
Fəaliyyəti 1996-cı ildən 2001-ci ilin sentyabr ayınadək Naxçıvan Muxtar Respublikası Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləmiş, 2001-ci ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2002-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin olunmuşdur. 31 yanvar 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmişdir.
Səbuhi Şahverdiyev 21 iyul 2004-cü ildə keçirilmiş Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının növbədənkənar üçüncü konfransında federasiyanın rəhbəri seçilmişdir.NAXÇIVAN NİYƏ FUTBOLDA DA ÖNƏ ÇIXMIR? (ARAŞDIRMA) . futbolpress.az, 02.01.2012 O bu vəzifəni 2019-cu ilədək daşımışdır.
İstinadlar
Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Naxçıvan Muxtar Respublikasının prokurorları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədrləri Kateqoriya:II dərəcəli dövlət ədliyyə müşavirləri