Hacı Murad Hacı Əhməd oğlu Yagizarov () — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı, "Humay" mükafatçısı, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru,http://www.azerbaijans.com/content_209_az.html Azərbaycan Dövlət Rus Dram Teatrı Şamaxı xanı Mahmud ağanın nəticəsi.

Həyatı Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış etmişdir. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958–1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.

13 sentyabr 2025-ci ildə Almaniyada vəfat edib.Xalq artisti Hacı Murad Yagizarov VƏFAT ETDİ 16 sentyabrda nəşi Azərbaycana gətirilib. Təzəpir məscidində vida mərasimi keçirildikdən sonra İkinci Fəxri Xiyabanda dəfn olunub.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyun 1974 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982Respublika teatr sənətinin işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan SSR Dövlət mükafatı — 1986 "Qızıl Dərviş" mükafatı — 1996 "Şöhrət" ordeni — 28 oktyabr 2009 "Şərəf" ordeni — 1 avqust 2019

Soyadı Yagizarov (Yegiazarov tamam başqa şəcərəyə aid soyaddır) soyadı yalnız onun nəslinə mənsubdur. Babası İsmayıl bəy tanınmış vəkil olmuşdur. Vaxtilə aktyorun Dağıstanın Buynaksk şəhərindən olan atasını varlı olduqları üçün 1917-ci ilin sosialist inqilabından sonra onun bütün ailəsini Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib. Sibirdən qayıdandan sonra, o nəslin nümayəndələrinin yarısı Mahaçqalada, yarısı Kislovodskda, yarısı Qafqazın başqa şəhərlərində məskunlaşıb. Hacı Əhməd isə Bakıya gəlib.

Ailəsi Hacı Murad Yagizarov 2 dəfə ailə həyatı qurub.Aktyor Murad Yagizarov: "Ayrılanda ağlaya-ağlaya ayrıldıq" İkinci evliliyindən bir qızı dünyaya gəlib.

Filmoqrafiya Arşın mal alan (film, 1965) Aygün (film, 1960) Babək (film, 1979) Bağ mövsümü (film, 1985) Bir cənub şəhərində (film, 1969) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) Böyük dayaq (film, 1962) Ən vacib müsahibə (film, 1971) Gəmi saatının sirri (film, 1983) Güllələnmə təxirə salınır!... (film, 2002) Həyat öyrədir (film, 1961) İcazə (film, 1972) İnsan məskən salır (film, 1967) Qara gölün cəngavərləri (film, 1984) Qorxma, mən səninləyəm! 1919 (film, 2013) Mahnı qanadlarında (film, 1959) Mahnı qanadlarında (film, 1972) Matteo Falkone (film, 1960) Nigarançılıq (film, 1998) Nizami (film, 1982) O qızı tapın (film, 1970) Ögey ana (film, 1958) Səmt küləyi (film, 1973) Şeytan göz qabağında (film, 1987) Şpeyer və o (film, 2005) (Almaniya) — polkovnik Raginski Ulduz (film, 1964) Uzaq sahillərdə (film, 1958) Yarımçıq qalmış mahnı (film, 1979) Şosedə hadisə (film, 1960) İçəri şəhər (film, 2016)

İstinadlar

Mənbə Yagizarov, H. M. "Azəri kinematoqrafçılarının yeni il arzuları və planları". //Kino yenilikləri.- 1969.- 1 yanvar. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 817.

Xarici keçidlər Никогда не умирал на сцене — ИНТЕРВЬЮ С АКТЕРОМ Kateqoriya:Hacılar Kateqoriya:Qumuqəsilli azərbaycanlılar Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:XX əsr Azərbaycan aktyorları