Məhəmməd ibn Əli əş-Şəvkani (; ) — Çoxsahəli islam alimi. Müctəhid.
Həyatı Məhəmməd əş-Şəvkani 1759-cu ildə Yəməndə, Səna yaxınlığında, Şəvkan yaşayış məntəqəsində anadan olmuşdur. "Əş-Şəvkani" nisbəsi Şəvkandan olduğunu göstərir və o, Səhamiyə qəbiləsinə aid bir kənddir. Səhamiyə isə Xavlən qəbilələrindən biri olub, onunla Səna şəhəri arasında bir gündən az bir məsafə vardır.
Əş-Şəvkani öz kitabında atasının tərcümeyi-halında deyir: "Tərcümeyi-halın sahibinin Şəvkana aid edilməsi həqiqi deyildir, çünki onun vətəni və əcdadlarının, qohumlarının vətəni Şəvkanın qərbində yerləşən bir yerdir, bu ikisinin arasında böyük və uzun bir dağ vardır, ona "Hucratu Şəvkan" deyirlər. Bu yerə görə onun ailəsi Şəvkana nisbət edilmişdir."Əş-Şəvkani öz tərcümeyi-halında atasının əlyazmasından nəql edərək deyir: "Atasının öz xətti ilə yazdığı yazısında görüldüyü kimi hicri 1173-cü ildə Zilqadə ayının iyirmi səkkizi bazar ertəsi günü gündüz vaxtı doğulmuşdur. Doğulduğu yerin adı daha əvvəl atasının tərcümeyi-halında qeyd olunduğu kimi Hucrətu Şəvkandır."Buradan onun doğum tarixi haqqında söylənilmiş digər tarixlərin xəta olduğunu anlayırıq. Xeyrəddin Zirikli onun tərcümeyi-halının əvvəlində hicri 1173-cü (1760) ildə doğulduğunu qeyd etmişdir, doğru olan da budur.
Əş-Şəvkani zeydi imamlarının zamanında nüfuzlu alim və qazı ailəsindəndir, çünki bu ailə türklərə qarşı müharibələrində zeydi imamlara həmişə dəstək olmuşdur. Müəllif öz qəbiləsi haqqında deyir: "İmamların sələfləri yanında onların yüksək məqamı vardır, onların arasından böyük rəhbərlər çıxmışdır və imamlara dəstək olublar. Xüsusilə türklərlə müharibədə onlara həmişə kömək ediblər və bunda xüsusi məqam sahibi olublar. Həmin zamanda onların arasında alimlər, fəzilət sahibləri var idi, onları Xavləniyyə torpağında qazilər olaraq tanıyırdılar. Qəbilələr arasında dağılaraq onları cihada çağırırdılar və onları türklərə qarşı müharibəyə təşviq edirdilər."Müəllif xəbər verir ki, onun babası yüz iyirmi yaşında olarkən digərləri ilə birlikdə türklərə qarşı vuruşmuşdur.
Risalənin sahibi "əl-Bədr ət-Tali" kitabında (1/478 və sonrakı səhifələr) atasının tərcümeyi-halını yazmışdır. Orada xəbər verir ki, atası təqribən hicri 1130-cu ildə Hücrətuş-Şəvkanda doğulmuş, orada böyümüşdür. Quranı hifz etmişdir, daha sonra isə elm tələb etmək üçün Səna şəhərinə səfər etmişdir. Orada bir qrup alim yanında elm tədris etmiş, fiqh və miras elmində biliklərini təkmilləşdirmişdir. "Əl-Əzhər" kitabını və İbn Miftəhin bu kitaba yazdığı şərhini, kitabın Haşiyələrini, "Bəyan İbn Muzaffər", "əl-Bəhr əz-Zəxxar" və digər kitabları təhqiq etmişdir. Hədis, təfsir, nəhv və üsul kitablarını öyrənmişdir. Ailəsindən, vətənindən ayrılıqda, onlardan qürbətdə uzun müddət elm təhsil etməyə davam etmişdir.
Həyatının elm tələbi dövrünün sonlarında Səna şəhərində dərs və fətva verməyə başlayır. Əl-İmam əl-Mehdi əl-Abbas ibn əl-Hüseyn onu Xavləniyyə tərəfində (Xavlən Səna) qazı təyin edir, lakin bunu rədd edir. Sonra onu Səna şəhərində qazı təyin edir və o, ailəsi ilə birlikdə ora köçür. Hətta qazı vəzifəsinə təyin olunduğu zaman belə elm tələbini tərk etmir, nə də tələbələrə verdiyi dərsləri dayandırmır. Əksinə Səlahəddin və əl-Əbzər məscidlərində fiqhdən, əl-Cəmi əl-Kəbir məscidində isə ramazan aylarında miras elmi haqqında dərs deyərdi.
O, xoş xasiyyətli, kibar, azla kifayətlənən, riyadan uzaq, insanların gözlərindən gizli, öz nəfsi ilə məşğul olan, zamanın zərbələri və taleyin hadisələrindən çox əziyyət çəkməsinə baxmayaraq səbir edən, dini görəvini davamlı qoruyan, vaxtını Allaha itaətdə keçirən, günlük ehtiyacından artıq qalanını kasıblara paylayan, sözlərində və geyimində özünü göstərməyən, insanlar qarşısında hansı paltarla görünəcəyinə, onları hansı şəkildə qarşılacağına fikir verməyən, sağlam fikirli, kin, hiqd, qəzəb və həsəddən təmiz, kimliyindən asılı olmayaraq heç kəsi pis sözlərlə anmayan, ailəsinə qarşı xeyirxah, onların ehtiyaclarını qarşılayan, bu yolda özünü yoran, bəzi qazilərin ona etdiklərinə qarşı səbir edən və mükafatını Allahdan uman biri idi.
Əş-Şəvkaninin atası belə bir şəxsiyyət olmuşdur və heç bir şəkk ola bilməz ki, atasının onun üzərində böyük bir təsiri olub və bu, onun elm tələbinə və erkən yaşlarında istedadının üzə çıxmasına kömək etmişdir.
Əş-Şəvkani bu barədə deyir:"Mənə qarşı yaxşılığı, şəfqəti, elm tələbində köməyi və ehtiyacımı ödəməkdəki əməyi o qədər yüksək dərəcəyə çatmışdı ki, elm tələbindən başqa heç bir şeylə məşğul olmağa ehtiyac qalmamışdı. Allah ona qarşılığını xeyirlə versin və onu Cənnətlə mükafatlandırsın!"Yenə bu barədə deyir: "Kiçik yaşlarında onun yanında digər tələbələrlə birlikdə "Şərh əl-Əzhər" və "Şərh ən-Naziri" kitablarını oxudum və o, həyatının son günlərində mənimlə "Səhih əl-Buxari"ni oxudu."Bütün bunlara əsasən görünür ki, o aşkar bir dini mühidə böyümüş, ilk elmini atasından almışdır. Əş-Şəvkani Quranı hifz etmiş və onu kamilləşdirmişdir, sonra zeydi fiqhində "əl-Əzhər" kitabını, əl-Usayfirinin "Müxtəsər əl-Fəraid", əl-Həririnin "əl-Mülhə" və İbn əl-Hacibin "əl-Kəfiyyə əş-Şəfiyyə" kitablarını və digər mətnləri hifz etmişdir. Yalnız atasından dərs almaqla kifayətlənməmişdir, lakin o, tarix və ədəbiyyat kitablarını mutaliə etməkdə çox vaxt sərf edərdi və bunun yanında Quranı hifz etməyə də davam etmişdir. Şeyxləri yanında çox sayda kitabdan elm almışdır və "əl-Bədr ət-Tali" kitabında "(şeyxlərə) oxuduğu kitablar və (onlardan) eşitdikləri" adı altında bu kitabların adlarını, üstəlik əsrinin alimlərindən əldə etdiyi icazələri də nəql etmişdir. O, bu barədə geniş şəkildə yazdıqdan sonra deyir: "Tərcümeyi-halın sahibinin (red — özü) eşitdikləri və oxuduqlarından nəql edə bildiklərim bunlardır, onun bundan başqa da eşitdikləri və oxuduqları vardır. Lakin ondakı icazələr ilə rəvayət etməsi caiz olan kitablara gəldikdə isə, ondakı bir toplu isnadın göstərdiyi kimi bu kitablar sayla məhdud deyildir."Rəvayətlərini əldə etdiyi kitabların adlarını isə ayrı bir kitabda toplamışdır və həmin kitabını "İthəful-Əkəbir bi isnəd əd-Dəfətir" adlandırmışdır. Bu kitabının müqəddiməsində deyir: "Bu qısa həcmli kitabımda, istər əhli-beyt imamlarının kitabları, istərsə də digər islam tayfalarının kitabları olsun, bütün elm sahələrinə aid olan, müəllifə çatan tam bir isnadla mənə rəvayəti sabit olmuş kitabları topladım. Bu muttəsil (red — tam olan sənəd) sənədlər elm ocaqları üçün elm qolbağısı kimi olmuşdur və bu isnadları böyük alimlər digər böyük alimlərdən rəvayət etmişdir və onları dəftərlərdə deyil, yaddaşlarında hifz etmişlər."Elm aldığı şeyxlərdən bir qrup ona elm tələbi və təhsilində kömək etmişdir. O, şeyxi əl-Həsən ibn İsmayıl ibn əl-Həsən ibn Məhəmməd əl-Məğribinin tərcümeyi-halında deyir: "O, mənə artıq bir maraq göstərərdi və mənə kitabları ilə elm tələbində kömək edərdi. "əl-Muntəqa" kitabını şərh etməyi məsləhət görənlərdən də biri o idi və o, həyatda olarkən həmin kitabın şərhinə başladım, hətta onun sağlığında kitabın çoxunu şərh etmişdim və ölümündən sonra həmin şərhi tamamladım. Mənə görə elmdən çəkindirən maneələrlə qarşılaşmağımdan qorxması barədə məndən gizli başqalarının yanında çox söhbət edərdi. Onun etdiyi bu təxmin necə də doğrudur! Necə də uzaqgörən biri idi! Onun vəfatından sonra bir ildən az müddətdə qazılıq vəzifəsi ilə imtihan olundum."Əş-Şəvkani 1834-cü ildə Cəmazil-axir ayının sonuna üç gün qalmış çərşənbə günü gecə vaxtı vəfat etmişdir. O, 76 il yeddi ay ömür yaşamışdır. Cənazə namazı Səna şəhərindəki əl-Cami əl-Kəbirdə qılınmış və Səna şəhərindəki məşhur Xəzimə məqbərəsində dəfn olunmuşdur. Ölümündən əvvəl təxminən iki il ərzində qazılıqla əlaqədar bütün işləri tərk edir və vaxtını yalnız ibadətə sərf edir və başqa heç bir şeyə iltifat göstərmir.
Müəlimləri Həm də özünü yalnız və yalnız elmə həsr etməsi, atasının kasıb olmasına baxmayaraq işləməməsi, ambisiyası və hətta kiçik yaşında belə təhrik edici səbəbin güclü olması da ona elm tələbində çox kömək etmişdir. Ondan əvvəl yaşamış nəhəng alimlərdən bir çox şəxsiyyət əş-Şəvkaniyə təsir etmişdir. Bunlar arasında öz vətəni Yəməndən bir çox alim vardır və bunların ən məşhurları; Alləmə Məhəmməd ibn İbrahim əl-Vəzir, Alləmə Məhəmməd ibn İsmayıl əl-Əmir, Alləmə əl-Həsən ibn Mehdi əl-Muqbili və əl-Hüseyn Əhməd əl-Cələl kimi alimlərdir. Yenə bu alimlər arasında başqa ölkələrdən olan və eyni əsrdə yaşamamış alimlərdir. Onların başında İbn Teymiyyə və İbn Həzm kimi alimlər gəlir. Şeyxlərinə gəldikdə isə, onların sayı çoxdur. Onları dəqiqləşdirmək çətin olsa da onlar bunlardır:
Allamə Əhməd ibn Amir əl-Hədəi. Onun yanında "əl-Əzhər" kitabını və onun şərhini iki dəfə və "əl-Fəraid" kitabını iki dəfə oxumuşdur.
Allamə Əhməd ib Məhəmməd ibn Əhməd ibn Mütəhhar əl-Qabili. Əş-Şəvkani onun tərcümeyi-halında deyir:
"Əl-Furu elmində onun yanında on üç il tələbəlik etdim, ondan faydalandım, onun əli altında yetişdim, onun yanında "əl-Əzhər", onun şərhi və haşiyələrini üç dəfə oxudum. İlk iki dəfə ehtiyacın tələb etdiyinə əsasən azla kifayətləndik, üçüncü dəfə isə araşdırma və təhqiq ilə birlikdə çox dəqiq və gözəl şəkildə tamamladıq, sonra əl-Usayfirinin "əl-Fəraid" kitabını, ən-Nazirinin ona yazdığı şərhi və üzərinə yazılmış haşiyələri oxudum və yenə onun yanında "Bəyan İbn Muzaffər" və onun haşiyələrini oxudum. Bu qiraət, araşdırma, mükəmməllik, təhrir (red — yaxşılaşdırmaq) və təqrir (red — aydınlaşdırma) qiraəti oldu."
Allamə İsmayıl ibn əl-Həsən əl-Mehdi ibn Əhməd əl-İmam əl-Qasim ibn Məhəmməd. Onunla əl-Həririnin "Mülhətul-İrab" kitabını və "Şərh Bəhraq" adı ilə tanınan şərhini, sarf, məani, bəyan və əmval elmində bir çox kitab oxumuşdur.
Allamə əl-Həsən ibn İsmayıl əl-Məğribi. Onunla əl-Qutbun "Risalətüş-Şəmsiyyə" kitabının bir hissəsini, əş-Şərifin ona yazdığı haşiyəsini, "əl-Mütəvval" və onun haşiyəsini oxumuşdur. Onun yanında "Şərhül-Qayə", Seylanın bu kitaba yazdığı haşiyəsini, "əl-Əzd", "Şərh aləl-Müxtəsər", "Haşiyətüs-Səd" və ehtiyac duyulan digər haşiyələr üzərindəki dərsini tamamlamışdır. Ondan babasına aid "Şərh Büluğ əl-Məram" kitabını dinləmişdir, bunun əvvəlindən bir hissəsini isə ötürmüşdür. Eləcədə "Səhih Müslim"in bəzi hissələrini, ən-Nəvəvinin şərhini, hədis elmində "Tənqihul-Ənzər" kitabının bəzi hissələrini dinləmişdir. Yenə ondan "Sünəni-Əbi Davud"u, Munzirinin təxricini, Xəttabinin ona yazdığı "əl-Məalim" adlı şərhinin bir hissəsini və "Şərh İbn Rəslan"ın bir hissəsini dinləmişdir.
Qazı Əbdürrəhman ibn Həsən əl-Əkva. Onun yanında Əmir əl-Hüseynin hədis elmində yazdığı "əş-Şifə" kitabının əvvəllərini oxumuşdur.
Seyyid Əbdürrəhman ibn Qasim əl-Mədəni. Onun yanında elm tələb etməyə başladığı dövrdə "Şərh əl-Əzhər" kitabını oxumuş və onu dəqiq elmi fiqhi bir müzakirə ilə müzakirə etmişdir.
Allamə Abdullah ibn İsmayıl ən-Nəhmi. Onun yanında "Qəvaidul-İrab", Əzhərinin ona yazdığı şərhi, haşiyələrinin hamısını, "Şərhüs-Seyyidil-Müfti alə Kəfiyyəti İbnil-Hacib", "Şərh əl-Xubeysi aləl-Kəfiyə", "əl-Kəfil" və onun şərhini, "Şifəul-Əmir Hüseyn" kitabının hamısını, əl-Qazı Zəkəriyyanın "Şərh İysəğuci" kitabının hamısını və əl-Əbhərinin məntiq elmində yazdığı "əl-İysəğuci" kitabını oxumuşdur.
Seyyid Abdullah ibn əl-Həsən ibn Əli ibn əl-Həsən bin Əli ibn əl-İmam əl-Mütəvəkkil-aləllah İsmayıl ibn Qasim. Ondan elm tələbinə başladığı dövrdə "Şərh əl-Cəmi" kitabını əvvəlindən axıra qədər öyrənmişdir.