Marko Menqoni () — italyan müğənni. 2009-cu ilin «X Factor» şousunun italyan versiyasının qalibi.X Factor, vince Marco e va a Sanremo — Corriere della Sera MTV Europe Music Awards-da 2010-cu ilin "Avropanın ən yaxşı artisti" seçilmişdir. 2013-cü ilin Sanremo Musiqi Festivalının qalibi və İtaliyanın «Avroviziya 2013» Mahnı Müsabiqəsində təmsilçisi. Malmödə keçirilən müsabiqədə Markonun ifa etdiyi L'Essenziale mahnısı finalda İtaliyaya 7-ci yeri qazandırdı. 2023-cü ildə Menqoni Sanremo Musiqi Festivalına ikinci dəfə qatılaraq "Due vite" mahnısı ilə yenə festivalın qalibi olur və İtaliyanı Liverpulda keçirilən 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 4-cü yerdə qərarlaşır.

Albomlar 2011 – Solo 2.0 2013 – Pronto a correre 2015 – Parole in circolo 2015 – Le cose che non ho 2018 – Atlantico 2021 – Materia (Terra) 2022 – Materia (Pelle) 2023 – Materia (Prisma)

İstinadlar

Kateqoriya:İtaliya müğənniləri Kateqoriya:İtaliya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:İtaliyanın "Avroviziya" təmsilçiləri