Qaqarin Qriqori Qriqoryeviç () — rus rəssamı, incəsənət tədqiqatçısı. Romada K. P. Brüllovdan dərs almışdır. Peterburq Rəssamlıq Akademiyasının vitse-prezidenti olmuşdur (1859–1872). Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840–1850) burada yaşayan xalqların məişətinə aid tablolar, portret, mənzərə rəsmləri və batal səhnələri çəkmişdir. Qaqarin Azərbaycanın şəhərlərində də olmuş, "Şamaxı rəqqasələri", "A. A. Bakıxanovun portreti" və s. rəsmlər, həmçinin, Azərbaycan memarlıq abidələrini təsvir edən əsərlər çəkmişdir.
Əsərləri Григорий Гагарин. Костюмы Кавказа (Scenes, paysages, meurs et costumes du Caucase). Paris, 1845.
İstinadlar
Mənbə Олег Кузнецов, канд. ист. наук (Москва). Князь Григорий Гагарин: открытие Азербайджана взору Европы. Журнал İRS, № 4 (58), 2012.
Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:XIX əsr Rusiya rəssamları Kateqoriya:XIX əsr tarixçiləri Kateqoriya:Rusiya knyazları