Acılar bitməz filmi rejissor Sərxan Kərəmoğlu tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Film SK Prodakşnnda istehsal edilmişdir. Film Orxanla (Sərxan Kərəmoğlu) Mehribanın (Qənirə Aslanova) uğursuz məhəbbət hekayəsindən bəhs edir. Filmdə əsas rolları Sərxan Kərəmoğlu, Amaliya Pənahova, Hülya Korel, Məlahət Abbasova, Qənirə Aslanova, Halil Ergün, Sədayə Mustafayeva, Məmmədəli Balayev, Əhəd Hacıyev,Pərvanə Qurbanova və Yaşar Nuri ifa edirlər.

Məzmun Film Orxanla (Sərxan Kərəmoğlu) Mehribanın (Qənirə Aslanova) uğursuz məhəbbət hekayəsindən bəhs edir.

Mehribanın ailəsi onların evlənmələrinə qarşıdırlar. Uzun mücadilədən sonra çarəsiz qalan cütlük birlikdə Türkiyəyə qaçmaq qərarına gəlirlər. Türkiyədə bir müddət yaşadıqdan sonra onlar yenə son ümidlə Bakıya qayıdırlar. Lakin yenə Mehribanın anası Məlahət (Amaliya Pənahova) onları ayırır, Sərxanı isə döyürlər. Psixoloji uçurum yaşayan Sərxan ölkəni tərk edib Rusiyaya işləməyə gedir. 1 il yarım işlədikdən sonra vətənə qayıdanda Mehribanın ölüm xəbərini alır və Mehribandan ona pay qalan qızını təkbaşına böyütmək qərarına gəlir...

Film haqqında Film aktrisa Sədayə Mustafayevanın kinoda son işidir. Film 2 seriyalıdır, televiziya üçün xüsusi olaraq azərbaycan dilində dublyajlı və altyazılı 4 seriyalı versiyası hazırlanmışdır. Azərbaycanlı aktyorlar içərisində yalnız aktrisa Məlahət Abbasova öz obrazını səsləndirmişdir. Film Azərbaycan və Türkiyə aktyorlarının oynadıqları ilk ortaq filmdir.

Filmin üzərində işləyənlər Rejissor: Sərxan Kərəmoğlu Ssenarist: Lalə Nağdəliyeva, Sema Tensi, Suna Tensi Prodüser: Mirəşrəf Fətiyev Rəssam: Əhəd Hacıyev Bəstəkar: Səyavuş Kərimi

Rollarda Sərxan Kərəmoğlu (Sərxan Kərəm kimi) — Orxan Amaliya Pənahova — Məlahət Hülya Korel — Rəfiqə Məlahət Abbasova — Yasəmən Qənirə Aslanova — Mehriban Halil Ergün — Mehmet Sədayə Mustafayeva — Orxanın nənəsi Məmmədəli Balayev — Orxanın babası Pərvanə Qurbanova — təcili tibbi yardım həkimi Yaşar Nuri — Arif Firəngiz Mütəllimova — Sıdıka Fatma Mahmudova — qonşu Gülnar Salmanova — Dünya Vaqif Şərifov — İsmayıl

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2009-cu ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçidlər

YouTube-da izlə: 1-ci seriya, 2-ci seriya

Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:2009-cu ilin Azərbaycan filmləri Kateqoriya:Türkcə filmlər