Yan Yansen Streys (, ) — XVII əsr Niderland səyyahı.

Həyatı Yan Streys (1630-1694) holland dənizçisi və səyyahı idi. Səyyah Dağıstanda Qaytaq hakimi tərəfindən əsir alınmış, 1670-1672-ci illərdə qul sifəti ilə Dərbənd, Şamaxı və Ərdəbil şəhərlərində yaşamışdır. O, vətənə qayıdandan sonra «Ecazkar, olduqca başıbəlalı səyahətlər» adlı kitab yazmışdır. Onun bu əsəri Avropa ölkələrində 25 dəfədən artıq çap edilmişdir.

Yan Streysin əsərində Dərbənd, Şamaxı, Ərdəbil şəhərlərinin memarlıq baxımından vəziyyətinə, maarifin inkişaf səviyyəsinə aid məlumatlar vardır. Onun Ərdəbildəki Şeyx Səfi kompleksi barədəki fikirləri də maraqlıdır.

İstinadlar

Mənbə

Kateqoriya:Niderland səyyahları Kateqoriya:Niderland dənizçiləri