Vasak Süni () — 409-cu ildə qardaşı Vaqinak Süninin ölümündən sonra hakimiyyətə gəlmiş Sünik knyazı.Cyrille Toumanoff, Manuel de généalogie et de chronologie pour l'histoire de la Caucasie chrétienne (Arménie, Géorgie, Albanie), Rome, 1976 442–451-ci illərdə Ərməniyyə və İberiyanın mərzbanı. Qədim Sünik sülaləsinin nümayəndəsi olan Vasak 449-cu ildə Vardan Mamikonyan və bir çox erməni zadəganları ilə birgə Ktesifona dəvət edilmiş və xristianlıqdan imtina edərək zərdüştiliyi qəbul etməyə məcbur edilmişdirФ. Мамедова – Кавказская Албания и Албаны, Баку, 2005, стр. 260.
Sasanilərin Qafqazda xristianlığı yaymağa çalışmaları, 449-cu ildə Vardan Mamikonyanın başçılığı ülə üsyanın başlamasına səbəb oldu. Üsyanın erkən mərhələsində Vasak Süni də üsyançılara qoşulsa da, sonradan II Yezdəgirdlə razılaşaraq Sasanilərin tərəfinə keçmişdir. Ağrı vadisini özünə tabe edən Vasak Süni, alban və iber tayfalarını özünə tabe etmiş, daha sonra isə Dərbənd qalasını möhkəmləndirmişdir. Vasak Süni Avarayr döyüşündə Sasanilərin tərəfində döyüşmüş və bu döyüşdə üsyançı qüvvələr məğlub edilərək Vardan Mamikonyan öldürülmüşdür. Döyüşdən bir müddət sonra Vasak Süni Ktesifona çağırılaraq xəyanətdə günahlandırılmış və öldürülmüşdür.
İstinadlar
Həmçinin bax
Sünik sülaləsi Sünik knyazlığı
Xarici keçidlər
Kateqoriya:Sünik Kateqoriya:Həbsdə ölən şəxslər Kateqoriya:V əsr Avropa monarxları