Salahov Əhməd Məmməd oğlu — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2002).
Həyatı Əhməd Salahov 22 fevral 1964-cü ildə Bakıda anadan olub. 172 saylı məktəbdə orta təhsil alıb. 1988-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsi bitirib. Gənc Tamaşaçılar Teatrında (1988-1991) çalışıb. “Ölüm Cəzası” (Lenfilm, 1986), “Kişilər Ağlamır” (2003, serial, Mosfilm)” filmlərində çəkilib. 13-cü Ümumittifaq kinofestivalının laureatı (1986), əməkdar artist (2002) Əhməd Salahov 1992-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır.
Filmoqrafiya Bakı oğrusu Bəyaz həyat (film, 2003) Bircəciyim (film, 1986) Əlvida (film, 2007) Həyat varsa... (serial, 2012-2014) Kənar adamlar (film, 1992) Qaydasız döyüş (film, 2009) Nizami (film, 1982) Ruhun abidəsi (film, 2003) Sonun başlanğıcı (film, 2013) Sən həmişə mənimləsən (film, 1987) Şəbəkə (film, 2011) Toy gecəsi (serial, 2013) Yaddaş (film, 2010) Yaradılış hikməti (film, 2003) Zirzəmi (film, 1990) Cehizsiz gəlinlər (serial, 2016)
İstinadlar
Xarici keçidlər "Şəxsi əşyalar" verilişinin qonağı əməkdar artist Əhməd Salahovdur — Vasif Ayanın müəllif layihəsi, YouTube Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları