Ələkbər Muradov — Azərbaycan kino və televiziya rejissoru, ssenarist, kinooperator.Tanınmış kinooperator və rejissor Ələkbər Muradov vəfat edib //Mədəniyyət.- 2013.- 2 avqust.- S. 3. Azərbaycanın əməkdar incəsənət xadimi (2005).
Həyatı Ələkbər Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966–1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973–1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləmişdir.
Ələkbər Muradov 1 avqust 2013-cü ildə vəfat etmişdir.
Kinomexanik Yunus Muradovun oğludur. Rejissor Murad Muradovun atasıdır.
Mükafatları 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Cəfər Cabbarlı mükafatı (2010).Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. apa.az, 16.04.2010.
Filmoqrafiya
İstinadlar
Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları