Həsən Monax (doğum və ölüm tarixləri bilinmir) — 1142–1182-ci illərdə hakimiyyətdə olmuş Xaçın knyazıБ. Улубабян История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 71., sərkərdə. Kürike Baqratuninin qızı Mamaxatunla evlənmiş və altı övladı olmuşdur. Onun hakimiyyətinə Aterk, Ləv qalası, Xaçın qalası və Ablaqaxaç əraziləri daxil idi. Alban Arranşahlari sülaləsindən olan Həsən Monax, Vaxtanq Səkərin oğludur. 1142-ci ildən Xaçın ərazisini idarə etmişdir.Армянская советская энциклопедия. — Ер., 1980. — Т. 6. — С. 245 1182-ci ildə hakimiyyəti böyük oğlu Vaxtanq Talavoraza verərək qardaşı Qriqorisin rahib kimi xidmət etdiyi Xudavəng monastırına çəkilmiş və ömrünün sonuna kimi rahib həyatı yaşamışdır. Hələ hakimiyyətdə olduğu dövrdə o, Xudavəng monastırında geniş quruculuq işləri aparmışdı.R. Göyüşov - Xotavəng məbədi və onun yazıları haqqında. Azərb. SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. №3

İstinadlar

Həmçinin bax

Xaçın knyazlığı Artsak

Kateqoriya:Xaçın knyazlığı Kateqoriya:Doğum tarixi bilinməyənlər Kateqoriya:Vəfat tarixi bilinməyənlər Kateqoriya:Xaçın knyazları Kateqoriya:Arranşahlar