Rahib Seyidağa oğlu Əliyev () — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006).

Həyatı Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, çox gənc yaşlarından Sovet hakimiyyəti dövründə fəaliyyət göstərən xalq teatrlarında, eləcə də 1950-ci ilin sonlarından dram dərnəklərində aktyor kimi çıxış etmiş, bir sıra obrazlar yaratmışdır. Aktyor 1965-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsinə daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuş və həmin tarixdən etibarən fasiləsiz olaraq bu teatrda çalışmışdır. Rahib Əliyev 18 sentyabr 1968-ci ildən rəsmi olaraq öz aktyorluq karyerasına başlamışdır. 1974-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi.

Rahib Əliyev 28 mart 2024-cü ildə vəfat edib.

Fəaliyyəti Rahib Əliyev Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaratmışdır. Onun yaratdığı Cəbi, Vəzir, Aşıq, Mirzə Salman, Hərbi geyimli, Babaşov, Tülkü, Baba, Dünyagörmüş, İsmayıl, Molla Əsədulla, Molla Xudaverdi, Kərəmli, Bəkir Eniştə, Fərəcov, Aramış Aşotoviç, Vəzir, Ancelo, Qoca, Rəhim kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Rahib Əliyev 60 illik dövrü əhatə edən yaradıcılığında dəfələrlə fəxri fərmanlarla, mükafatlarla və döş nişanları ilə təltif olunmuşdur. Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə 16 may 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 2011, 2013, 2014, 2015, 2016, 2017, 2018-ci illərdə də Prezident mükafatına layiq görülüb. 2005 və 2015-ci illərdə Rahib Əliyevin Gənc Tamaşaçılar Teatrında 60 və 70 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.Əməkdar artist Rahib Əliyevin 70 illik yubileyi qeyd olunub 22 sentyabr 2015

Teatr fəaliyyəti Azərbaycan Respublikasının əməkdar artisti Rahib Əliyev Azərbaycan teatrında bir çox özunəməxsus obrazlar yaratmışdır.

Filmoqrafiya

Mükafatları 16 may 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. 3 may 2011-ci ildə, 1 may 2013-cü ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident mükafatına layiq görülmüşdür. 10 mart 2015-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif olunmuşdur. 10 dekabr 2018-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Qalereya

Xarici keçidlər Rahib Əliyev — Gənc Tamaşaçılar Teatrı

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:XX əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan teatr aktyorları