Hüseyn Baykara (; əsl adı: Qаrа Nəsir bəy oğlu Hüseynbəyli-Şirinbəyov; ) — Azərbaycanlı hüquqşünas, tarixçi, araşdırmaçı-yazıçı, publisist, şair.
Həyatı Qаrа Hüseynbəyli-Şirinbəyov (Hüseyn Baykara) 1904-cü ildə Şuşada məşhur ŞirinbəyovlarƏnvər Çingizoğlu, Şirinbəyovlar, "Soy" elmi-kütləvi dərgi, 2007, №3, səh. 26-37 ailəsində anadan olub. Anası Mina xanım Həsən bəy Şirinbəyovun qızı, atası Hüseyn bəy Hüseynbəyovun oğlu olub. Ulu babası isə Şirin bəy Ənnağıoğlu olub. 1830-cu ildə rus mənbələrə əsasən, Şuşada 56 bəy ailəsi olub, bunlardan biri də Şirinbəyovlar və ya Kavalerli Şirinbəyovlar idi. Nəsir bəy Hüseynbəyovun 3 oğlu, 5 qızı olub. Böyük oğlu Bahadur 1918-ci ildə rus-türk müharibəsində türklər tərəfdə vuruşaraq həlak olub. İkinci oğlu Surxay filoloq olub, Qazax seminariyasında işləyib. Qızlarının adları Firəngiz, Uruh, Texu, Rəna, Sərəncam olub.
Təhsili Məhəmməd Əmin Rəsulzadənin baş redaktoru olduğu və İstanbulda yayımlanan "Odlar Yurdu" jurnalının 19-cu sayında "Bu il məzun olanlar" başlıqlı xəbər yayımlanıb. Xəbərdə 1930-cu ildə Türkiyədə təhsil alan tələbələr haqqında qısa məlumat verilib:
Hüseyn Baykara 1927-ci ildə mühacirətə getdiyi ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuyurdu.
Fəaliyyəti
1923-cü il
Hüseyn Baykara bolşeviklər əleyhinə mübarizəyə gənclik illərindən başlamışdır. O, 1923-cü ilin sonlarında həbs edilmiş və həbsxanada şair Əhməd Cavadla məhbəs yoldaşı olmuşdur:
Qara Hüseynbəylinin həbsi haqqında məlumat mühacirətdə çap olunan "Yeni Kafkasya" jurnalında da qeyd olunmuşdur. Jurnalın 45-ci sayında yayımlanan "Azərbaycan həbsləri haqqında yeni təfsilat" adlı xəbərdə həbs olunanlar siyahısında onun da adı var.
Həbs hadisəsindən bir neçə il sonra Hüseyn Baykara dostlarına mühacirətə getməyi təklif etmiş, lakin bu təklif etrazla qarşılanmışdır. Bu hadisəylə bağlı o, kitabında yazır:
Mühacirətdə olduğu illər Hüseyn Baykaranın tələbələr qarşısında tez-tez Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çıxış etməsi bolşeviklərin xoşuna gəlməmiş və o, təqiblərə məruz qalmışdı. 1927-ci ildə dostlarından biri Hüseyn Baykaraya universitet tələbələrinin Novruz bayramı ilə keçiriləcək tədbirdə bolşevik casuslarının onu tutacaqlarını xəbər vermiş, H.Baykara da NKVD-çilərin əlinə keçməmək üçün 1927-ci ildə əvvəlcə İrana, sonra isə Türkiyəyə getmişdir.
Hüseyn Baykaranın qardaşı Surxay Şirinbəyov da fəal mübarizlərdən olmuşdur. Surxay Şirinbəyov o zamanki Azərbaycan Pedaqoji İnstitutunu bitirmiş və Qazax gimnaziyasında dərs demişdir. Siyasi düşüncələrinə görə o, 10 illiyə "SLON"a (Slovetsk xüsusi təyinatlı düşərgəsi) göndərilir. Solovetsk düşərgəsindən dönəndən sonra Surxay Şirinbəyova Bakıda məskunlaşmağa icazə verilmədiyindən Qazaxıstana köçür. O, dəfələrlə qardaşını tapmağa cəhd etmiş, lakin alınmamışdır. Surxay Şirinbəyov 1956-cı ildə yük maşının altında qalaraq vəfat etmişdir. O, Almatıda dəfn edilmişdir.
İstabula gələn Qara Hüseynbəyli burada Hüseyn Baykara adı ilə yaşamış və İstanbul Universitetinin Hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra bir müddət Elazığda hakim işləmiş, İstanbula döndükdən sonra isə burada prokuror vəzifəsində çalışmışdır.
Ədəbi fəaliyyəti Mühacirətdə olduğu illərdə hüquqşünaslıqla yanaşı, ədəbi fəaliyyətini də dayandırmamış, mətbuatda elmi, publisistik məqalələrlə çıxış etmişdir. Onun "Azərbaycanda erməni basqısı və Naxçıvan məsələsi", "Azərbaycan istiqlalının 50 illiyi dolayısı ilə", "Azərbaycan cümhuriyyətinin iki hərbi zəfəri", "Azərbaycan renessansını yapanlardan Abbasqulu Ağa Bakıxanov", "Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təməli", "Dədə Qorqud kitabı üzərinə notlar" və s. kimi yazılarında ölkə və xalqın vəziyyəti əks olunmuşdur.
Hüseyn Baykara İstanbulda Rəsulzadənin çap etdiyi "Yeni Kafkasya" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Yeni Kafkasya"da "Ailə faciələri", "Doktor Dadaş Həsənzadə" adlı yazıları çap olunmuşdur. Baykara Dadaş Həsənzadə ilə bağlı yazdığı məqaləsində onun tərcümeyi-halını, onunla bağlı xatirələrini qeyd etmişdir. O, həmçinin "Azəri-Türk", "Odlu Yurd" və b. qəzet-jurnallarda Azərbaycan xalqının mədəniyyəti, ədəbiyyati və onun ziyalıları ilə bağlı elmi-publisistik məqalələr dərc etdirmişdir.
Hüseyn Baykaranın fikrincə, Qafqaz müsəlmanlarını "ümmətçilik"dən "millətçiliy"ə yönəldən, onları "türkçülük-millətçilik", "Azərbaycan" ideyası ətrafında birləşdirən və "Açıq söz" qəzetində bunu təbliğ edən "Müsavat"ın lideri Məhəmməd Əmin Rəsulzadə olmuşdur. O qeyd edir ki, ilk dövrlərdə sosial-demokratlarla eyni cəbhədə çalışmış Məhəmməd Əmin Rəsulzadə 1911-1913-cü illərdə Ş.C.Əfqaninin yazılarının təsiri altında türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda bu ideyanın əsas ideoloqu olmuşdur:
Baykara mühacirətdə "Odlu yurd", "Azərbaycan", "Türk kültürü" jurnalları ilə əməkdaşlıq edib, Azərbaycanla bağlı müxtəlif yazılar yazmışdır. "Türk kültürü" jurnalının Azərbaycan həsr edilmiş xüsusi buraxılışında Baykaranın "Çar Rusiyasının Azərbaycanda apardığı istila savaşları" adlı yazısı dərc edilmişdir.
İrsi Hüseyn Baykaranın mühacirətdə üç kitabı çap olunmuşdur. "Azərbaycanda yeniləşmə hərəkatı. XIX əsr" Ankarada 1966-cı ildə, "Azərbaycan istiqlal mübarizəsi tarixi" adlı kitabı İstanbulda 1975-ci ildə və üçünücü kitabı "İran inqilabı və azadlıq hərəkatları" adlı kitabı isə 1978-ci ildə İstanbulda nəşr edilmişdir. "İran inqilabı və azadlıq hərəkatları" kitabında Güney Azərbaycanda baş verən Səttarxan və Xiyabani inqilablarından bəhs olunur. Kitabın girişində yazılmışdır:
Hüseyn Baykara yazılarında Azərbaycanın milli azadlıq hərəkatına xüsusi yer vermişdir. O, yazırdı ki, "Azərbaycan mədəniyyəti tarixi" ilə "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitabları Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır.
Ailəsi Hüseyn Baykaranın dörd övladı olub: Orxan, Surxay, Mina, Gülqənd. Orxan jurnalist, Surxay inşaatçı-mühəndis, Mina uşaq həkimi, Gülqənd isə mühəndis olmuşdur.
Ölümü Hüseyn Baykara 1984-cü il iyulun 1-də Kayseridə vəfat etmiş, nəşi İstanbula gətirələrək iyulun 4-də Qaraca Əhməd məzarlığında dəfn edilmişdir. Mənbə "Odlu yurt" jurnalı, 19-cu say, 1930
Baykara H. "Azerbaycan istiklal mücadelesi tarihi". İstanbul, 1975, səh. 198-199 "Yeni Kafkasya. 1924-1925", İstanbul, 2018, səh. 336 "Yeni Kafkasya. 1924-1925", İstanbul, 2018, səh. 199-200 Salmanlı R. Mühacir-yazar. "Azərbaycan" qəzeti, 21 iyul 2017 "Yeni Kafkasya. 1924-1925", İstanbul, 2018, səh. 393 "Türk kültürü" jurnalı, 19-cu say, səh. 17-25 Milli istiqlal nəzəriyyəçisi Hüseyn Baykara: müqəddimə /İsa Həbibbəyli // Hüseyn Baykara. İran inqilabı vә azadlıq hәrәkatları.- Bakı: Kitab Klubu MMC, 2018.- S.5-7.
Mənbə
İstinadlar
Ədəbiyyat
Həmçinin bax Azərbaycanda Yeniləşmə Hərəkatı Azәrbaycan istiqlal mübarizәsi tarixi İran inqilabı və azadlıq hərəkatları
Xarici keçidlər Azərbaycan istiqlal savaşının ideoloqu və onun "Azərbaycanda yeniləşmə hərəkatı" əsəri - Cavanşir YUSİFLİ yazır Вышла в свет книга Гусейна Байкары "История борьбы за независимость" Azərbaycan tarixində "Qaçaqçılıq" hərəkatı Салиха АЛИЕВА, Азбука освободительной борьбы, Каспiй.-2018.- 25 мая.- С.12.
Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Türkiyə hüquqşünasları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Şuşa alimləri