Qaraca qız baleti — bəstəkar Əşrəf Abbasovun yaradıcıllığının zirvəsində yazdığı uşaq baletidir. Bu, uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1965-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatırının səhnəsində tamaşaya qoyulmuş "Qaraca qız" yazıçı Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında hazırlanmışdır. Baletin libretto müəllifi isə xalq artisti Əfrasiyab Bədəlbəyli idi. Elə tamaşanın ilk dirijoru da bəstəkarın özü olmuşdur.

Bu balet haqqında mətbuatda yazılanlardan bəlli olur ki, "Qaraca qız" həqiqətən də klassik balet ənənələrinin ən gözəl nümunələrindən biridir. Xüsusilə də baletmeyster Qəmər Almaszadə bir xoreoqraf kimi əsərə yüksək bədii zövq əks etdirən quruluş verməyə nail ola bilmişdi. Bu yaradıcılığın vəhdətindən doğan "Qaraca qız" isə Azərbaycan musiqi tarixinə uğurlu balet kimi düşərək Əşrəf Abbasovun adını ilkinlər sırasına yazdı. Bu baletə təkcə uşaqlar deyil, böyüklər də maraqla tamaşa edərdilər.

Mənbə

İlk uşaq baletinin müəllifi Исай Рубенчик. Большой Бакинский Балет в 60-70-х годах. Azərbaycan balet tamaşaları xronologiyası

Həmçinin bax

Qaraca qız (film, 1966) Süleyman Sani Axundov

Kateqoriya:Azərbaycanda balet Kateqoriya:Azərbaycan uşaq baletləri Kateqoriya:Əşrəf Abbasovun baletləri Kateqoriya:1968-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan qaraçıları