Rəhimov Tural Cahangir oğlu () — Azərbaycan döyüşçüsü.
Həyatı 9 may 1988-ci ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur.
Uşaq yaşlarından (2003–2009) Vasif Namazovun rəhbərliyi altında əlbəyaxa döyüş sənəti ilə məşğul olmağa başlamış və bir neçə döyüş növləri üzrə Azərbaycan və beynəlxalq yarışların iştirakçısı və qalibi olub. Sonralar pankration,sambo, Uşu-sanda və s. kimi döyüş növləri üzrə keçirilən Azərbaycan və beynəlxalq turnirlərin çempionu və mükafatçısı olur. Döyüş Ciu-citsusu üzrə Beynəlxalq turnirin qalibi,Döyüş sambosu üzrə 2006-cı ildə gənclər arasında keçirilən Avropa çempionatı yarışlarının birincisi olmuşdur,2010-cu ildə Türkiyədə "WOF (World O-Sport Federation)"-dan keçirilən(dünya çempionatında) yarışda çempion, 2011-ci ildə Dağıstanda keçirilən qaydasız döyüş üzrə yarışda Rusiya bayrağı altında iştirak edən erməni idmançısı, "Kudo" üzrə 3 qat dünya çempionu Edqar Kolyanı ağır məğlubiyyətə uğradaraq çempion olur. 2010-cu ildən başlayaraq Tural Rəhimov Pro Fc-nin Azərbaycan Nümayəndəliyində Şəhriyar Abbasovun rəhbərliyi altında peşəkar yarışlara qatılır, 2011-ci ilin mart ayının 24-də Moldovanın paytaxtı Kişinyovda keçirilən qaydasız döyüş üzrə beynəlxalq turnirin çempionu olur. Hazırda Rusiya Federasiyasında, Mamişov Team klubunda təlimlərdə iştirak edərək peşəkar yarışlarda iştirak edir.
Nəticələri Pankration üzrə Azərbaycan çempionu Kick Jitsu üzrə Azərbaycan çempionu Karate Kyokuşinkay üzrə ikiqat Azərbaycan çempionu Kişilər arasında Sambo üzrə Azərbaycan Gənclər Turnirinin gümüş mükafatçısı Kombat Jiu-jitsu üzrə Beynəlxalq Turnirin gümüş mükafatçısı Karate Kyokuşinkay üzrə Dünya Kubokunun çempionu Oriental Miksfayt üzrə Beynəlxalq Turnirin çempionu Frifayt üzrə Zaqafqaziya və Avropa Turnirinin çempionu
Peşəkar döyüşü Məğlubiyyət Ariel Abergel ESCF – MMA Grand Prix of Eastern Europe – 2 15 dekabr 2012 Rəqibin təslimi (üçbucaqlı boğma) 3 0:30 Qələbə Edqar Tasükyan IFFC — International Free Fight Championship TKO 2 1:40 Qələbə Rakif Hesenov MAO — Martial Arts Olympiad Rəqibin təslimi (ələ ağrılı) 1 1:15 Qələbə David Okopyan IFFC — International Free Fight Championship Rəqibin təslimi 1 1:09 Qələbə Murat Maxacyov IFFC — International Free Fight Championship Rəqibin təslimi (üçbucaqlı boğma) 2
İstinadlar Azərbaycan Sayokan Federasiyasının Prezidenti Tural Rəhimovdan danışdı Azərbaycan Komandası Dünya çempionatından 5 medal ilə qayıtdı Azərbaycan Komandası Avroasiya çempionatında iştirak edəcək İdmançılarımız Dünya çempionatına yollanır WOF üzrə Dünya çempionumuz Azərbaycan Sayokan Federasiyası Sergey Razin və Tural Rəhimov
Kateqoriya:Azərbaycan döyüşçüləri Kateqoriya:Sumqayıtda doğulanlar