III Bakar () — Kartli çarı. VI Vaxtanqın oğlu. 1716–1719-cu illər arası atasının yerinə hökmdarlıq etmişdi. 1717-ci ildə Şah Sultan Hüseyn Səfəvi tərəfindən ona tac və qılınc göndərilmişdi. Həmin il müsəlman olaraq Şahnəvaz adını aldı və Azərbaycan general-qubernatorluğuna gətirildi. Osmanlı ordusunun işğalından sonra 1724-cü ilin iyulunda Rusiyaya köçmüşdü. 1743-cü ildə Moskvada gürcü dilində İncil çap etdirmişdi. Bakar Vaxtanqoviç Qruzinski kimi də tanınırdı. 1750-ci ildə Moskvada vəfat etdi.

5 övladı vardı: Aleksandr Qruzinski (1726–1791) Dimitri (1727–1745) Stefan (1729–1744) Leon (1739–1763) Elizabet (1712–1786)

İstinadlar

Kateqoriya:Kartli çarları B Kateqoriya:Qullarağası Kateqoriya:Səfəvilərin Azərbaycan bəylərbəyiləri Kateqoriya:Səfəvi sərkərdələri Kateqoriya:Rusiya İmperator Ordusunun generalları