Tribun () — Qədim Romada müxtəlif seçilmiş vəzifəli şəxslərin titulu. Titullar arasında ən mühümü pleblərin tribunu və hərbi tribun idi. Roma tarixinin əksər hissəsində on pleb tribunundan ibarət kollegiya Roma Senatı və illik magistratların səlahiyyətlərini nəzərdən keçirmək üçün fəaliyyət göstərirdi; "ius intercessionis" adlı plebeylər adından müdaxilə etmək və əlverişsiz qanunvericiliyə veto qoymaq səlahiyyətinə malik idi. Konsullar və pretorlar, promagistratlar və onların leqatları kimi ali magistratlara tabe olan və Roma ordusunun bir hissəsinə komandanlıq edən hərbi tribun vəzifəsi da mövcud idi. Roma ordusundakı müxtəlif zabitlər də tribun kimi tanınırdılar. Bu titul Roma tarixi boyunca bir sıra digər vəzifələr və siniflər üçün də istifadə edilmişdir.

Qəbilə tribunları "Tribun" sözü triba sözündən götürülmüşdür. Ramnlar (və ya ramnenslər), titsilər (və ya titiyenslər) və lutserlər adlanan ilkin qəbilələrin hər üçünün başında mülki, dini və hərbi məsələlərdə öz qəbiləsini təmsil edən tribun dayanırdı. Sonradan Serviya qəbilələrinin də hamısı tribunla təmsil olunmağa başlandı.

İstinadlar

Kateqoriya:Qədim Romanın dövlət məmurları